Deputat: “Tutulan vəzifəlilərin sayı 2-3 nəfərlə məhdudlaşmayacaq”
Deputat: “Tutulan vəzifəlilərin sayı 2-3 nəfərlə məhdudlaşmayacaq”
20 Dekabr 2019 14:18 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünənki xəbərdarlığı və həbslər göstərir ki, tutulan vəzifəlilərin sayı 2-3 nəfərlə məhdudlaşmayacaq". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Deputat qeyd edib ki, rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər. S. Alıyev dövlət başçısınınPambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə səsləndirdiyi fikirləri stat gətirib: "Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq".