Müxalifətin “mühacir biznesi” iflasa uğradı- MÜNASİBƏT

Müxalifətin “mühacir biznesi” iflasa uğradı-MÜNASİBƏT

Bu, Vətəni satan insanlara Avropada da yer olmadığını göstərdi

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın beynəlxaq imicinin artması ilə bərabər, dünyada etbarlı tərəfdaş kimi tanınması ilə nəticələnib. Son vaxtlar ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlər, eləcə də prezident İlham Əliyevin ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması fikrimizi bir daha təsdiq etmiş olur. Ölkədə demokratik təsisatların inkişafı, söz və mətbuat azadlığı təmin olunur, insan hüquqları ən yüksək səviyyədə qorunur. Hazırda Azərbaycanda həyata keçirilən islahatlar prosesi davam etməkdədir. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. Sadalanan faktlar onu deməyə əsas verir ki, artıq hər şeydə qara rəng axtaran müxalifətin irad bildirməyə əsası, ortaya qoymağa faktı tükənib. Ancaq çörəyi qarayaxma kampaniyasından, şər və böhtandan çıxan milli satqınların nə isə tapıb deyəcəkləri heç kimdə şübhə doğurmur. Artıq müxalifətin ssenarisi donorlar tərəfindən hazırlanan yeni mühacir oyununun finalı göz önündədir. Vaxtilə partiya üzvlərinın adını "siyasi məhbus" qoyub xarici ölkələrə göndərməklə "mühacir biznesi" quran Əli Kərimli və Müsavat rəhbərliyi indi dövlətin mühacirlərə münasibətindən əməlli-başlı qorxuya düşüb.  Xatırladaq ki, AXCP, Müsavat və digər dağıdıcı müxalifət partiya sədrlərinin müəyyən vəsait müqabilində ayrı-ayrı gənclərə üzvlük vəsiqəsi verərək, onları Avropaya "siyasi mühacir" kimi göndərmələri ölkə ictimaiyyəti üçün sirr deyil. Artıq illərdir ki, bəlli siyasi təşkilatlar müəyyən qrup vətəndaşları xaricə göndərmək üçün vasitəçi rolunu oynayırlar. Ssenari isə belədir ki, əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verilir, sonra isə ildə bir neçə mitinq keçirir və həmin mitinqlərdə müəyyən olunmuş adamların guya polis tərəfindən tutulması, zorakılığa məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirilir. Bununla həmin şəxslərin xaricə getməsi təşkil edilir. Bu mexanizm Azərbaycan cəmiyyətinə çoxdan məlumdur və bunun kimlər tərəfindən həyata keçirildiyi hamıya aydındır. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən kommersiyalaşmış müxalifətin rəhbərləri Azərbaycanda qaldıqları halda, partiyaya yeni qəbul olunmuş bir üzv qısa zamanda sıxışdırılmaq adı ilə Avropaya mühacirət edir. Bu zaman belə bir sual yaranır, əgər doğrudan da insanlara, xüsusən də müxalifət partiyalarının üzvlərinə qarşı sıxıntı varsa, niyə bu partiya rəhbərlərinə qarşı özünü göstərmir? Azərbaycan cəmiyyətində tanınmayan və heç vaxt, heç bir siyasi prosesdə iştirak etməyən şəxs isə birdən-birə Avropaya köç edir. Təkcə bu fakt Azərbaycan siyasi müxalifətinin milli maraqlardan çoxdan uzaqlaşmasından, kommersiyalaşmış təşkilata çevrilməsindən xəbər verir.

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycandan qaçıb Almaniyaya və digər ölkələrə gizlənmiş "siyasi mühacir" adlandırılan xəyanətkarların ifşa olunaraq geri qovulması bir daha Vətəni satan insanlara Avropada da yer olmadığını göstərdi: "Vaxtilə fırıldaqçı şəxslərin köməyilə Almaniyaya getməyə müvəffəq olan bu şəxslər sığınacaq aldıqdan sonra bütün mənəvi dəyərləri tapdalayaraq Vətənə və dövlətə xəyanət etdilər. Ölkəni dağıtmağa çağırışlar edən antimilli qüvvələrin əlində oyuncağa çevrildilər. Azərbaycanda olanda quzu balası kimi lal olan, Avropaya gedəndən sonra "pələngə" dönən bu "qoçaqlar" 3-4 nəfərlik avantürüstlə guya demokratiya və insan haqlarının müdafiəçisinə çevrildilər, qışqır-bağır saldılar. Anlamadılar ki, onlar kimlərinsə müəyyən müddətdə oyunlarının alətdirlər, vasitədirlər". Onun sözlərinə görə, Azərbaycanın düşməni olan ermənilərlə bir məclisdə yer almaqdan utanmayan bu xəyanətkarlar anlamadılar ki, onlara pul verən qüvvələrin etibarı istifadə müddəti bitənədəkdir: "Heç olmasa Avropada yaşayan vətənpərvər soydaşlarımızdan nümunə götürə bilərdilər, səhv yoldan geri qayıda bilərdilər. Onu da bacarmadılar. Avropaya işləməyə, biznes qurmağa, elm öyrənməyə gedən onlarla həmvətənlimiz var, onlar harda yaşamağından asılı olmayaraq Vətənin, Azərbaycanın adını uca tutur, öz məqsədlərinə nail olmaq üçün əziyyət çəksələr də, əqidələrini, milli heysiyyatlarını unutmurlar. Onlar üçün Vətən hər şeydən ucadır. Ancaq müxtəlif dələduzların toruna düşən bu "mühacirlər" işləmək istəmədən, əziyyət çəkmədən rahat yaşamaq üçün ən çirkin və nanəcib yolu seçirlər. Bir qarın çörək naminə Azərbaycan dövlətinin adına qarayaxma kampaniyasına qoşuldular, Vətəni deyil, özlərini hörmətdən saldılar. Unutdular ki, bu Yolun sonu qaranlıqdır, bu yolun sonu utancdır". V.Abdullayev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların əlaltıları olan bu adamlar özləri ilə bərabər, məncub olduqları partiyaların rəhbərləri də özlərini ifşa etdilər: "Almaniya cəmiyyəti və Azərbaycan xalqı dağıdıcı müxalifətin mühacir alverinin də şahidi oldu. Müxalifətin "mühacir"lərdən həm biznes məqsədilə pul qazanmaq, həm də xaricdə bu zavallı insanların dili ilə hakimiyyəti söydürmək kimi iyrənc planlarını da gördü. Mühacir alveri ilə məşğul olan AXCP və Müsavatın "siyasi mühacir" biznesi bumeranq kimi qayıdıb özlərinə ağır zərbə vurdu. Avropada küncdə-bucaqda gizlənərək Azərbaycan haqqında iftira və böhtan yayan, şər maşınının alətinə çevrilən bu cür antimilli ünsürlər, soysuzlar bununla da rahatlıq tapa bilmzələr, onlar hədyanlarına görə, xalq qarşısında cavab verməli olacaqlar. Allahın Rəsulu Peyğəmbərimiz Həzrəti Muhəmməd deyirdi ki, Vətən sevgisi imandan gəlir. İmanı olmayanın Vətəni olmur, qürbətdə yaşasa belə yaşamaq üçün onlara yer yoxdur".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31