“Bu xalqlar arasında mədəni əlaqələrin yeni mərhələdə inkişafına öz töhfəsini verəcək” – Bəhruz Quliyev

“Bu xalqlar arasında mədəni əlaqələrin yeni mərhələdə inkişafına öz töhfəsini verəcək” – Bəhruz Quliyev

Dünya dini liderlərinin II Bakı sammmiti qarşılıqlı əməkdaşlıq, dinlərarası, mədəniyyətlərarası dialoqun, sivilizasiyanın inkişafında, eyni zamanda təhlükəsizliyin qorunmasında ən yaxşı formatlardan biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi  ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrildiyini bir daha sübut etdi".  Bu fikirləri Olaylar.az -a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Prezident İlham Əliyevin II Bakı sammitində iştirak etmək üçün ölkəmizə səfər etmiş Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman dini xadimlərindən ibarət nümayəndə heyətinin qəbul etdiyini xatırladan ekspert söyləyib ki, ölkə başçısın qeyd etdiyi kimi Azərbaycanın Şimali Qafqaz xalqları ilə əlaqələrinin kökləri qədim tarixə söykənir: "Ölkə başçısı qeyd etdi ki, Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman dini xadimlərinini Rusiya təmsilçisi kimi Azərbaycana gəlməsi, eləcə də II Bakı sammitində iştirak etməsi iki ölkə arasında münasibətlərə yeni töhfə verir"

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin olduğunu deyən B. Quliyev  hər iki ölkəni birləşdirən mühüm layihələrin, gələcək perspektivlərin  olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan-Rusiya arasında siyasi, iqtisadi, mədəni, humanitar sahədə geniş əməkdaşlığı qoruyub saxlamaq və bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkə üçün çox önəmlidir: "Bu baxımdan  Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadiminin ölkəmizə tez-tez səfər etməsi və burada keçirilən görüşlər təkcə dinlərarası münasibət deyil, bu eyni zamanda Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu görüş xalqlar arasında mədəni əlaqələrin yeni mərhələdə inkişafına öz töhfəsini verəcək".

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlı olduğunu deyən eskpert əlavə edib ki, Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, beynəlxalq konfranslara münasibətdə açıq aydın görmək mümkündür: "Məhz bunun nəticəsidir ki, ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqlar azad, sərbəst, təhlükəsizlik şəraitində yaşayır, dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait, hətta  maliyyə yardımı edilir. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də məhz budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31