İlham Əliyev: “Rusiya Prezidenti ilə çoxsaylı görüşlərimiz əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır”
İlham Əliyev: “Rusiya Prezidenti ilə çoxsaylı görüşlərimiz əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır”
18 Noyabr 2019 12:54 SiyasətAzərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər tarix boyu mövcud olub, bu gün də davam etməkdədir. Belə ki, qonşu dövləti siyasi, iqtisadi, mədəni əlqələr bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan-Rusiya münasibətlərinin həm də strateji tərəfdaşlıq xarakteri daşıması heç kimə sirr deyil. Nəzərə almaq lazımdır iki ölkə arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri məhz ölkə prezidentləri tərəfindən müəyyən edilir. Odur ki, Azərbaycan nəinki Avropa ölkələri, eləcə də Rusiya Federasiyasının vətəndaşları üçün hər zaman açıq ölkə olub. Nəzərə almaq lazımdır ki, bu məsələ Azrbaycanın marağındadır. Ona görə ki, ölkəmizə gələn istənilən əcnəbi vətəndaşı Azərbaycanda gedən inkişafın şahidi olur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri mənimsəyir, millətin qonaqpərvərliyini öz gözləri ilə gördükdə ermənilərin beynəlxalq aləmdə xalqımız barədə yaratdıqları "vəhşilik" sindroma sınmış olur. Bu günlərdə Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətinin Prezidenti İlham Əliyevin qəbuluqnda olması fikrimiz bir daha təsdiqləmiş olur. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan beynəlxalq aləmdə multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir. Digər tərəfdən, Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisi fəaliyyət göstərir. Xatırladaq ki, təkcə 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Etiraf edilməlidir ki, belə bir şəraitdə Azərbaycan-Rusiya münasibətlərinin ən yüksək səviyyədə olması Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün olduqca mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də qeyd edib ki, "Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir".
Realıq ondan ibarətdir ki, iki ölkə arasındakı münasibətləri Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir. Məhz dövlət başçılarının səyi nəticəsində ölkələr arasında iqtisadi əlaqələr də ən yüksək səviyyəyə çatıb. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu isə onu göstərir ki, dövlət başçıları arasında müntəzəm əlaqələr çox möhkəm siyasi-iqtisadi bazaya əsaslanır. Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyev nümayəndə heyəti ilə görüşdə qeyd edib ki, Rusiya Prezidenti ilə çoxsaylı görüşlərimiz əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır: "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə "Valday" Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük". Xatırladaq ki, təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər. Həmin görüşlər çərçivəsində beynəlxalq və regionlararası əməkdaşlıq və təhlükəsizlik mövzuları ətrafdında fikir mübariləsi aparılıb. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunu xatırlatmaq kifayətdir ki, hər dəfə iclaslarda siyasi, iqtisadi, humanitar sahələri əhatə edən çoxsaylı məsələlər müzakirə edilir. Qeyd edək ki, Azərbaycan artıq dünyanın siyasi mənzərəsinə düzən verən ölkəyə çevrilib, dünyanın qlobal problemlərinin həll olunduğu məkana çevrilib. Bu işdə Rusiya ilə Azərbaycan tərəfdaş dövlət kimi çıxış etməklə strateji müttəfiqliklərini davam etdirilər.
Alim
Olaylar.az