“Mühacir biznesi”nin görünməyən tərəfləri
“Mühacir biznesi”nin görünməyən tərəfləri
18 Noyabr 2019 11:25 SiyasətSon 15 ildə Azərbaycanda özlərini müxalifətin iriçəkili gücləri hesab edən AXCP və Müsavat partiyaları ölkəmizə qarşı fəaliyyət göstərən, eyni zamanda xarici ölkələr tərəfindən idarə olunan dini radikalizm və etnik separatizm siyasətini yürüdənlərlə birlikdə hərəkət ediblər. Bunu iki mühüm faktla istbat etmək nə dərin diyazi təhlil, nə də uzun siyasi araşdırma tələb etmir. Belə ki, AXCP-nin yandaşı "Milli Şura"nın əksər tərəfdarları Azərbaycan Konstitusiysasının dəyişdirilərək "şəriət dövləti" qurmaq istəyən qruplaşmalardan ibarət olması kimsəyə sirr deyil. Müsavat partiyasına 2015-ci ildən Arif Hacılının rəhbər seçilməsindən sonra, etnik separatimz ideyalarını təbliğ edənlər onun həndəvərində bir araya gəliblər.

Ataxan Əbilovdan "Müsavat Partiyası"na dəstəyin səbəbi
İlk öncə bu şəxsin kim olmasına diqqət yetirək. Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim işləyib. 1993-cü il 4 iyun dövlət çevrilişinin ardından elə həmin ayda Azərbaycanda 2-ci etnik separatizm dalğasının önündə gedənlərdən biri olub. Belə ki, qondarma "Dağlıq Qarabağ" ideyasının ardından "TMR"-in baş qaldırması və onun konstitusiyasının müəllifi Ataxan Əbilovdur. Qondarma "TMR"-in daxili işlər naziri vəzifəsinə yerli polis idarəsinin rəisi Əlövsət Əliyev təyin edilmişdi. Halbuki, Ə. Əliyevin separatçılarla bir sırada olmasının nə mənəvi, nə də hüquqi baxımdan əsası yox idi.
Əlövsət Əliyevin Almaniyada polis tərəfindən həbsindən sonra, onun ilk müdafiəsinə qalxanlardan biri də Ataxan Əbilov oldu. Bu barədə A. Əbilov 17 noyabr 2019-cu il tarixində öz profilində Əlövsət Əliyevi müdafiə etməklə onunla 30 ildən çoxdur yaxın dostluq münasibətlərinin olduğunu da gizlətmir (mənbə:
https//m.facebook.com/story.php?stroy_fbid=1015800071699803&id=779316802).
O da bəllidir ki, A. Əbilov bu gün Hollandiyada "siyasi mühacir" statusu ilə yaşayır. Orada Azərbaycan dövlətinə qarşı fəaliyyətindən bir gün də olsun əl çəkməyib. Belə ki, Hollandiyada qondarma "TMR"-in qurucusu Əlikram Hümbətovun rəhbərliyi altında çalışır. Son iki ildə qondarma "TMMH"-i (Talış-Muğan Mühacir Hökuməti) təsis ediblər. Əlövsət Əliyevin qanunsuz yolla "mühacir" biznesi yaratmasına görə həbsindən sonra, onun müdafiəsinə qalxanlardan biri də A. Əbilovun olması kimsədə şübhə yaratmadı. A. Əbilov yaxın dostu Ə. Əliyevlə yanaşı, Müsavat Partiyasının "AKM" (Avropa Koordinasiya Mərkəzi) adlı təşkilatının da müdafiəsinə qalxıbdır.
Ataxan Əbilov Əlövsət Əliyevin və Müsavat Partiyasının birgə "mühacir biznesi"ni müdafiə etmək üçün, Avropada Azərbaycana qarşı separatizm siyasətini yürüdən digər tərəfdaşlarını da səfərbər etməyə başlayıb. A. Əbilov sosial şəbəkələrdə belə yazır: "Əlövsət Əliyev həyatda dost hesab etdiyim azsaylı insanlardan biridir. Onunla tanışlığımızın 30 ildən çox yaşı var. Amma səmimi münasibətlərimiz həmişə davam edib. DİN nazirliyindən ayrıldıqdan sonra QHT sektorunda onunla təmaslarımız daha da artdı. Mühacirətə yollandıqdan sonra Avropada məni ilk axtaranlardandır Əlövsət bəy. Heç nədən çəkinmədən Avropaya hər səfərində mənimlə görüşməyə cəhd edirdi. Əlövsət bəy Almaniya hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bu mənim üçün çox ağır xəbərdir..."
Azərbaycan dövlətinə qarşı etnik separatizm ideyalarını uzun illərdir müdafiə edən və hətta ermənilərlə birgə çalışmağından qürur duyan, Müsavat Partiyasının ABŞ-dakı səlahiyyətli nümayəndəsi Ramis Yunus (Arif Yunusun qardaşı) son günlər "mühacir biznesi" məsələsi ilə bağlı sözdə partiya başqanı Arif Hacılını kəskin tənqid etsə də, başqanlığa "ermənipərəst" siyasəti müdafiə edən başqa birisinin gətirilməsinə çalışır. Hətta Müsavat Partiyasının kluarlarında o da bildirilir ki: "Partiya Avropa Liberallar İttifaqı"nın üzvüdürsə, "Dağlıq Qarabağ" məsələsi ilə bağlı liberalizmin müdafiəçisi olan kadr başqanlığa gətirilməlidir". Beləliklə R. Yunus öz tərəfdarlarını xaricdən ermənipərəst fondlardan axacaq "qrant" layihələrinin işartısına cəlb etməyə çalışır.

Arif Hacılının "kölgədə qalan" çabaları
2015-ci ildə Arif Hacılı Müsavat Partiyasının skandallı şəkildə başqanı seçildikdən sonra, faktiki olaraq təşkilat daxilində despotizm meydan sulamağa başladı. Beləliklə də partiyada demokratiya, plürealizm və söz azadlığı da dəfn edildi. Bununla yanaşı, partiyanın sıraları sürətlə seyrəldi. Azərbaycan xalq hərəkatına aidiyyatı olmayanlarla dolduruldu. Bu proje A. Hacılının işinə yarayırdı. Çünki, "Avropa Liberallar İttifaqı"nın qarşısında "öhdəlik" götürmüşdü. 100 ildən çox yaşı olan partiyanın tarixində ilk dəfə olaraq A. Hacılının kəraməti sayəsində "etnik separatçılar", "radikal dinçilər", hətta liberalizm adı altında sosial mənşəyi şübhəli olanlar daha çox müdafiə olundular. 2015-ci ildən indiyə kimi Azərbaycanın inkişafı naminə A. Hacılı və komandası adi dəyirmi masa toplantıları keçirmədi. Partiyanın möhürü və statusunun çətiri altında digər sahələrə üstünlük verildi. Bu "mühacir biznesi"nin çiçəklənməsinə səbəb oldu. Almaniyanın Frankfurt na- Mein, Köln, Koblenç və Düsserdorf çəhərlərində keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunanların Azərbaycan Respublikasının sabiq vətəndaşları olması siyasi prosesləri dərindən bilənlər üçün heyrət doğurmadı. Ona görə ki, siyasi kluarlarda belə bir biznesin olduğunu çoxları bilirdi. Sadəcə avantüra ilə partiyanı idarə edən rəhbərlik "siyasi mühacir" biznesinin olmadığını ciddi cəhdlə inkar edirdi.
Apardığımız müşahidələr əsasında onu deyə bilərik ki, Müsavat Partiyasının xətti ilə "mühacir" biznesi üçtərəfli olubdur. Müsavat Partiyası, "AKM" (Avropa Koordinasiya Mərkəzi) və "Legat" İnteqrasiya Mərkəzi tərəfindən idarə olunan bu mexanizm artıq özünü ifşa edib. Bakıda partiya başqanı Arif Hacılı, Almaniyada "AKM"-in sədri İlham Həsən (ov) və "Legat" İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev işin başında olublar. İlham Həsənov ötən əsrin 90-cı illərindən Almaniyada yaşayır. Bakıdakı qohumları, bəzi müsavatçılarla birlikdə kürü və maşın biznesinə sahibdir. AXC hakimiyyəti dönəmində Kəlbəcər rayonunun icra başçısı vəzifəsində çalışıb. Bu günə kimi Kəlbəcərin işğal məsələsində susmağa üstünlük verib. Azərbaycanın bu strateji bölgəsinin ermənilər tərəfindən işğala məruz qalması ilə bağlı nə üçün susduğunu da kimsə bilmir.
Arif Hacılı "mühacir biznesi" ilə bağlı çabalar göstərərək özünü təmizə çıxarmağa nə qədər çalışsa da, hələ ki, onun açıqlamaları heç bir effekt verməyib. Hətta özü üçün "düşmən mətbuat" hesab etdiyi "Meydan TV" kanalına müsahibə verərək hədəfdən yayınmaq taktikasını işə salıbdır. İz azdırmaq üçün Almaniyada tutulanların guya bir vaxtlar Müsavat Partiyasına qarşı təbliğatlar aparanlardan ibarət olduğunu bildirir. O, iddia edir ki: "Məhkəmə hökmü çıxmadan yayılan məlumatlar haqqında danışmaq doğru deyil". O da bəllidir ki, Almaniya kimi ciddi bir ölkədə polisin əlində dəlil-sübut olmadan kimsənin qapısını döymək qanunla yasaqdır. Hətta şübhəli şəxs qismində qısa və ya uzunmüddətli həbs etmək yoxdur. Deməli, alman hökumətinin yetərincə sübut-dəlili var ki, bu əməliyyat tədbirləri həyata keçirilibdir. A. Hacılı xaricdə mühacir statusu ilə yaşayanları alçaldaraq onları "partiyanın həlledici fiqurlar deyillər" ibarəsi ilə əsas hədəfdən yayınmağı belə unutmur.
Arif Hacılı "Meydan TV"-nin müxbiri ilə müsahibəsinin sonu isə, olduqca maraqlıdır. Həmin sonluğu olduğu kimi təqdim edirik:
- MKM sədr müavini Mehdi Xəlilbəyli sosial şəbəkədə yayılan məlumatlara görə mühacir biznesindən 300 min avrodan çox pul qazanıb... 9 və 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Elçin Əkbərovun Müsavat Partiyasından arayış alması barədə yayılan məlumatlar barədə nə deyə bilərsiniz?
- Suallarınıza cavab verdim.
- Partiyadan bu şəxsə arayış verilibmi?
- Mən sizin suallara cavab verdim, çox sağ olun.
.jpg)
"Saxta arayış" və qazanılan milyonlar
Almaniyada yaşayan və "AKM"-in sədr müavini olan Mehdi Xəlilbəyli əgər 300 min avro pul qazanıbsa, elə həmin qurumun sədri İlham Hüseynovun, Bakıda Müsavat Partiyası başqanı Arif Hacılı və icra aparatının rəhbəri Gülağa Aslanlının nə qədər qazanc əldə etdiklərini hesabladıqda bəlli olur ki, 2015-ci ildən bu yana dövriyyədə milyonlarla vəsait fırlanıbdır. Siyasi mübarizəni "siyasi alver"ə çevirmək sadəcə AXCP-də deyil, Müsavat Partiyasının da başlıca prinsiplərindən birinə çevrilməsi cəmiyyətdə çox böyük narazılıqlara səbəb olub. Bu partiyanın qurucularının hər birinin adı Azərbaycanın dövlətçilik tarixinin şanlı səlnaməsidir. Məmmədəmin Rəsulzadə, Nəsib bəy Yusufbəyli, Həsən bəy Ağayev, Nağı bəy Şeyxzamanlı, Tağı Nağıoğlu, Xəlil bəy Xasməmmədli, Şəfi Bəy Rüstəmbəyıi, Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Həsən Baharlı, Dadaş Həsənzadə və digər müdrik şəxsiyyətlər bu partiyanın təməlini qoyublar. Onların hər biri Azərbaycanın istiqlal tarixinin ən şərəfli siyahısında adlarını qızıl hərflərlə yazdırmış şəxsiyyətlərdir. Bu gün Arif Hacılı kimi siyasi dəllarllar onu "siyasi biznes yuvası"na çevriblər. Əsil problem də budur.
Almaniyada gündəmə gələn "mühacir biznesi" ilə bağlı Müsavat Partiyasının adından verilən saxta arayışlar, vəsiqələr, digər sənədlərlə bağlı hər gün yeni faktlar ortaya çıxır. Bu zəlzələnin nə qədər davam edəcəyini də kimsə bilmir. Partiyanın rəhbərliyi tərəfindən və partiyadaxili funksionerlərin çoxu prosesi sükutla qarşılamaqdadırlar. O da bəllidir ki, "mühacir biznesi" ilə yanaşı, etnik separatçıların adlarının hallanması əsil başağrısına çevriləcəkdir. Azərbaycan bir dövlət olaraq daxili və beynəlxalq faktorlara əsaslanaraq mümkün qədər ən ağrılı sahələrdəki mövcud problemlərini nə qədər həll etməyə çalışsa da, siyasi çətir altında gizlənmiş çevrələr hər dəfə fərqli ampulada bütün bunlara əngəl olmağa cəhd göstəriblər. Çünki, siyasi çətir bəzilərinin sadəcə gəlir mənbəyi deməkdir. Azərbaycanın inkişafı, mövcud problemlərin həlli və digər məsələlər buna görə illərdir öz həllini tapa bilmir. Bunun üçün hər şeyi iqtidarın üzərinə atmaqla, öz bəsirətsiz düşüncə tərzi ilə əyləcə çevrilən və parazitcəsinə cəmiyyətinə boğazına çökmüşlərin fikrimizcə sonu yaxınlaşıbdır. Bu gün Azərbaycan hakimiyyəti sürətlə yeniləşməkdə və təzə kadrların sayəsində dinamik idarəetmənin bütün çalarları ilə önə çıxmaqdadır. Adlarını müxalifət qoymuş partiyaların sədrləri uzun illərdir öz mövqelərindən əl çəkmək fikrində deyillər. Yeniləşməni qarşısını öz dar düşüncələrinə pərçimləməyi əsas hədəf olaraq görürlər. Ona görə də "mühacir biznesi" və digər utancgətirici əməllərlə məşğuldurlar. Son günlər Müsavat Partiyası ilə bağlı üzə çıxan sənədlər, eləcə də Almaniya polisinin atdığı addımlar bu iyrəncliyi ifşa edibdir.
Ə. Yusifoğlu