17 noyabr Milli Dirçəliş Günüdür
17 noyabr Milli Dirçəliş Günüdür
16 Noyabr 2019 09:00 Siyasət17 noyabr, Azərbaycanda Milli Dirçəliş Günüdür. 1992-ci ildən bayram kimi qeyd edilməyə başlayan bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin illərdə Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31