“Azərbaycan multikultural dəyərləri özündə cəmləşdirən bir ölkə kimi dünya tarixinə imza atıb” – Şərh
“Azərbaycan multikultural dəyərləri özündə cəmləşdirən bir ölkə kimi dünya tarixinə imza atıb” – Şərh
15 Noyabr 2019 14:46 Siyasət"Ölkəmizdə son zamanlar keçirilən tədbirlər, beynəlxalq sammitlər dövlətimizi dünya arenasında diqqət mərkəzinə çəkir. Ötən gündə Azərbaycan Dünya dini liderlərinin sammitinə yenidən ev sahibliyi etmişdir. Nəzərinizə çatdırım ki, ilk sammit 26 aprel 2010-cu ildə Bakı Gülüstan sarayında keçirilmişdir. Məhz 2009-cu ildə isə Bakı İslam Mədəniyyətinin paytaxtı seçilmişdir.
Sammitin Azərbaycanda keçirilməsi təbbi hadisə hesab edilir. Azərbaycan multikultural dəyərləri özündə cəmləşdirən bir ölkə kimi dünya tarixinə imza atmışdır. II sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitq söyləmiş xüsusi məsələləri liderlərin nəzərinə çatdırmışdır. İlk olaraq nitqində Azərbaycanın qədim adət ənənələrə və müxtəlif etnik-dini qrupların məskəni olduğunu qeyd etmişdir: "Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar." Elədir ki, var".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, məhz bu etnik qrupların bu gündə bizə qalan miras abidə və adət ənənələri bunu sübut edir: "Ölkəmizin ərazisində qədim dövlərdən Atropatena və Albaniya kimi dövlətlərin dini adət ənənələrinə toxunarsaq, Suraxanıdakı Atəşgah məbədini və ya Şəkidə yerləşən, qorunub saxlanan Alban kilsələrini qeyd edə bilərik. Ölkə başçısı islam ölkəsi olduğumuzu qədim Şamaxı Cümə məscidinin olmasını qeyd edərək tərənnüm etmişdir.
Cənab prezident 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin birlikdə keçirdikləri konfransda Azərbaycan tərəfindən irəli sürülən və yaradılan "Bakı Prosesi"nə də toxunmuşdur. Bakı Prosesinin əsas mahiyyəti islam ölkələrinin bu konfransa dəvət olunması idi. Xüsusilə qeyd edim ki, Azərbaycan həm İslam Konransı Təşkilatı, həm də Avropa Şurasına üzv nadir ölkələrdən biri hesab edilir".
Ekspert qeryd edib ki, sammitdə dünyaya din, siyasət və münaqişənin ayrı məfhumlar olduğu çatdırılmışdır. Bu məfhumları bir-birinə bağlamaq doğru deyildir: "Məhz bu məsələ ilə bağlı Azərbaycan illərdir ki, öz torpaqlarından didərgin qalmışdır. Bu məsələyə dünya ictimaiyyəti, eləcə də, beynəlxalq təşkilatlar heç bir tutarlı tədbirlər görmürlər. Lakin burada həm insan haqqları pozulur, həm də dövlətlərin suverenlik məsələləri.
İlham Əliyev nitqində Ulu Öndər Heydər Əliyevin də dini və etnik məsələlərdə xüsusi əməyini də qeyd etmişdir. Azərbaycanda yaradılan suverenlik, müstəqillik, inkişafı da qeyd edərək ölkəmizin daim yüksəlişdə olduğunu dünya dini liderlərinə təbliğ etmişdir".