“Azərbaycan gəncliyi multikultural dəyərlərin qorunmasında xüsusi rol oynayır” – Şərh

“Azərbaycan gəncliyi multikultural dəyərlərin qorunmasında xüsusi rol oynayır” – Şərh

"Azərbaycan artıq bütün dünyada bu önəmli tədbirlərə uğurla ev sahibliyi edən bir ölkə kimi tanınıb. Azərbaycan dinlərarası münasibətlərin ən çox etdiyi yeganə ölkələrdəndir. Cənab prezidentin də Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı qeyd etdiyi kimi 

Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, Azərbaycan dövləti hər zaman bütün dinlərdən olan nümayəndələr üçün rahat ibadət mühitinin formalaşmasını xüsusi diqqətdə saxlamışdır: "Təsadüfi deyil ki, cənab prezidentin də qeyd etdiyi kimi dünyanın ən aparıcı dinlərinin qədim ibadət məskənləri məhz Azərbaycan ərazisində yerləşir. Dövlətimizin göstərdiyi xüsusi diqqətin təzahürüdür ki, həmin məbədlər əsaslı şəkildə təmir edilmiş və qorunub saxlanması üçün xüsusi maliyyə və diqqət ayrılmışdır. Azərbaycan prezidentinin öz çıxışında qeyd etdiyi kimi Azərbaycan həm də multikultural dəyərlərin qorunmasına görə aparıcı ölkələrdəndir. Azərbaycan vətəndaşı, bilavasitə Azərbaycan gəncliyi multikultural dəyərlərin qorunmasında bilavasitə xüsusi rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31