“Siyasi tüccarlar”ın Avropada iflasa uğrayan biznesi

“Siyasi tüccarlar”ın Avropada iflasa uğrayan biznesi

Biz öncələr qeyd etmişdik ki, Azərbaycan siyasətində istər iqtidar, istərsə də müxalifətin nəsil dəyişməsi günün vacib məsələlədən biri olmalıdır. Buna "qan dəyişimi" deyilir. Ötən 30 ildə eyni partiyanın rəhbərliyini və bütün strukturlarını zəbt edib oturmaq elə həmin qurumun bataqlığa çevrilməsi deməkdir. İndiki informasiya əsrində həyat şəraiti dinamizm üzərində qurlubdur. Ölkə prezidenti İlham Əliyev öncələrdə olduğu kimi, son bir ildə hakimiyyətdə və eləcə də rəhbəri olduğu YAP-da gəncləşdirmə, yeni kadrların önə çəkilməsi siyasətini bu amillə bağlamışdır. Çünki, qarşıya qoyulan məqsəd və vəzifələri icra etmək üçün yeni və bacarıqlı kadrların sayəsində daha sürətli şəkildə həyata keçirmək günün standartı hesab olunur. Bütün bunları müxalifətin simasında görmək mümkün deyil. Hətta ölkə siyasətinə qoşulmaq istəyən yeni nəsli qısqanclıqla qarşılayır, onları aşağılamaq üçün minbir fitnələri belə, gündəmə gətirirlər. Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmış və ya alınmamış əksər partiyalar bu aqibəti yaşayırlar. Çünki, siyasətə dolayı yolla "tüccar" kimi baxanların qısqançlığı hökm sürür. Uzun illərdir idarə etdikləri "bazarları"na alternativin yaranmasını istəmirlər. Bir sözlə "siyasi tüccarlar"ın özləri tərəfindən yaradılmış "monopoliya"nı əldən buraxmağa nə həvəsləri, nə də maraqları vardır.       

Ömürlük partiya sərdləri kimlərdir?

Qanunla ölkə vətəndaşlarının öz ictimai birliklərini, hətta bir araya gəlib siyasi partiya yaratmaq hüquqları vardır. Demokratiyanın bizlərə verdiyi bu imkandan süni şəkildə istifadə edərək bəzi insanlar hansısa siyasi partiyanın rəhbəri olduğunu elan edərək cəmiyyətdə öz hikkələrini neçə illərdir nümayiş etdirirlər. Kəndli, Milli Birlik, Vahid Azərbaycan, Azərbaycan Dünyası, Müstəqil Azərbaycan, Milli Qurtuluş, Yurddaş, Qorqud, Milli Hərəkat, Kommunist, Milli Dövlətçilik, Milli Konqres, Vətənpərvərlər, Azərbaycan Naminə Alyans, Əhrar, Demokratik Maarifçilik, Vahid Kommunist, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Hümmət, Türk Ədəmi-Mərkəziyyət, İttihad, Difai, Qeyrət, Açıq Cəmiyyət, Aydınlar, Dirçəliş və Tərəqqi, Vəhdət, Azərbaycan Mübarizləri, Azadlıq, Tərəqqi, Böyük Azərbaycan, Təkamül, Gələcək Azərbaycan, Milli Vəhdət, Xalq Demokratik, Sosial Ədalət, Respublikaçılar, Xalq, Vətəndaş Birliyi tipli partiyaların bir nəfərdən ibarət sədri və möhürləri vardır. Ancaq, həmin partiyaların liderlərinin siyasi hikkəsinin hüdudları yoxdur. "Harada aş, orada bozbaş" prinsipi ilə öz iddialarından neçə illərdir əl çəkmək fikrində belə deyillər. Azərbaycanın siyasi proseslərində bu partiyaların funksiyalarının nədən ibarət olduğu da bəlli deyil. Elə ki, siyasi təlatümlər və ya burulğanlar gündəmə gəlir, dərhal qeybdən zühur edənlər kimi peyda olaraq siyasətin önündə ilk sıralarda yer almaqda onların özləri qədər canfəşanlıq edən ikinci zümrə ola bilməz. Bu partiyaların bircə dəfə də olsun  qurultaylarının keçirildiyini, nə də ölkənin inkişafı naminə irəli sürdükləri proqramları eşidən və görən olmayıb. Elə ki, bir qədər iriçəkili müxlaifət partiyası "siyasi revanş" görüntüsü yaradırsa, dərhal bu partiyalar "çoxsaylı vətəndaş cəmiyyəti"nin liderləri status ilə həmin partiya liderinin yanında peyda olurlar. Bunu 2003, 2008 və 2013-cü il prezident,  2000, 2005, 2010 və 2015-ci il Milli Məclis seçkilərində hər kəs müşahidə etdi.

Dəllalıq siyasətə baş vuranda

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, xarici ölkələrə "siyasi mühacir" axınları başlamışdır. Öncələr bu mühacirət əsasən postsovet məkanına daxil olan dövlətlərə, azsaylı olsa da Şərqi Avropa ölkələrinə köç dağlası müşahidə olunurdusa, 2000-ci ildən etibarən Avropa, ABŞ və Kandaya üz tutanların sayı artmağa başladı. İlk "mühacir göyərçinləri" AXCP və sədr Əli Kərimlinin himayəsində xarici ölkələrə üz tutdular. Çünki, həmin "mühacir göyərçinlər" 1994-1999-cu illərdə xarici fondların qrant layihələri əsasında Azərbaycan dövlətinə qarşı sosial zümrələr yaratmaq, hətta etnik və dini kimliyimizi inkar edərək dəyişdirmək üçün missionerlərə yardım etməklə külli miqdarda vəsait qazananlardan ibarət idilər. Onlar siyasi mühacir status ilə ABŞ, Kanada, hətta uzaq Avstraliyaya köçdülər. 2003-cü ildən sonra, bu dəfə olaraq siyasi partiya fəalı kimi xaricə üz tutanların köç dalğası başladı. Beləliklə "siyasi mühacir" biznesi çiçəkləndi. AXCP "siyasi mühacir" status alanların kimliyi ilə ilgilənmirdi də. Çünki, təşkilatın bel sütunu sayılan "Yurd Birliyi"nin hər hansı bir funksionerinin Əli Kərimliyə təqdim etdiyi siyahı, yəni müştərinin etibarlılığı və zəmanəti yetərli sayılırdı. AXCP-dən arayış, vəsiqə və digər sənədləri əldə etmək müştəriyə azından 5, 10, hətta 15 min dollara başa gəlirdi. "Siyasi korrupsiya" bazarını əməlli başlı analiz edən dəllallar bir qədər ucuz müştəriləri digər partiyalara üz tutmaqla gəlir əldə etməyə başladılar. Bu dəfə Müsavat Partiyasında onlar lövbər saldılar. Çünki, Arif Hacılının simasında özlərinə "himayədar" tapmışdılar. Avantüra beləcə şəbəkəyə çevrildi. Əlövsət Əliyev adlı birisi isə, hətta bu məqsədlə Bakıda "miqrant" biznesini xüsusi qaydada idarə edirdi. "Çiçəklənməkdə olan mühacir biznesi" hakimiyyət tərəfindən çökdürülən kimi, Əlövsət Əliyev dərhal Almaniyaya "mühacirət"ə üz tutdu. Asan yolla biznes qurmağın dadını görən Ə. Əliyev bu dəfə Almaniya üzərindən fəaliyyətini davam etdirməyə başladı. Onun üçün fərqi yox idi, "mühacir statusu"nu kimə və nəyə görə düzəldir, təki para gəlsin. Cibi doşub-daşsın. İndi Avropada azərbaycanlı siyasi mühacirlərin palitrası da rəngarəngdir. Onların arasında etnik separatçılara, radikal terrorçulara, meşşan həyat sürənlərə, qrant layihələrini oğurlayanlara, cibgirlərə, korrupsionerlərə, ailə-məişət pozğunlarına, dövlət büdcəsini talayanlara, kriminal aləmlə bağlı olanlara rast gəlsəniz heç də təəccüblənməyin. Çünki, "adam parasını verib və dəallallar da işi düzəldiblər" prinsipi hökm sürür.       

13 noyabr əməliyyatı

Alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Həmin  məlumatı ilk öncə Almaniyanın nüfuzlu "spiegel.de" saytı yazıb. Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt na Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar. Almaniyanın "swr.de" saytı isə yazır ki, həbs olunanlardan biri dəstənin rəhbəridir.  8 şübhəlinin isə, istintaqı aparılır. Onların ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Digər məlumatda isə qeyd olunur ki, Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün əməliyyat tədbiri keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub.  Beləliklə də Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslər yer alırlar. "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini təsdiqləyib. Saxlanılan azərbaycanlı mühacirlərin siyahısında aşağıdakı şəxslərin adları qeyd olunub.

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - "Legat" İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

"Söyüş müxalifəti"nin digər təmsilçisi Rəfail Priyev Fransada həbs olunub. Bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub. Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

"Qurşaqdan aşağı siyasət"in iflası

Avropada dəllallar vasitəsilə "siyasi mühacir" status almış bəzi şəxslər özlərini bu gün sığortalamaq üçün, "siyasi avantüra"ya üz tutmuşlar. Onlar ölkə rəhbərliyinə qarşı çamur, böhtan və ağlagəlməz iftiralar atmaqla əslində özlərini qorumağa çalışırlar. Bloger, jurnalist, müxalifətçi və sair epitetlərlə hədəflərini sosial şəbəkələr vasitəsilə buna görə gündəmdə saxlamağa cəhd edirlər. Bu problemin dolayı yolla əsil səbəbkarları isə, Bakıda oturmuş siyasi müxalifətdir. Çünki, intellektual səviyyə nümayiş etdirə bilmədikləri üçün "söyüş", "qarğış", "böhtan", iftira", bütün etiketlərə tüpürərək xalqı çaşdıran və azdıran mövzularla siyasi mübarizəni öz səviyyələrinə qədər endiriblər. Beləliklə də Azərbaycanın gənc dövlət olduğunu, mövcud sorunların intellektual səviyyədə həlli yollarını nümayiş etdirəı bilmədiklərini isbat ediblər. Ona görə də, nəinki Azərbaycanda, eləcə də Avropanın özündə də həmin "müxalifətçilər" etibarsız şəxslər sayılırlar. Avropada mühacir status alaraq, heç bir iş görməyən bu növ şəxslər yaşadıqları dövlətdən neçə illərdir "posobiya" (yardım) alaraq keçinirlər. Çünki, heç bir faydalı işlə məşğul olmaq onların təfəkkür tərzinə məxsus deyil. Belə olduğu təqdirdə çox haqlı olaraq Avropa dövlətlərini başqa bir mövzu ilgiləndirir. Bu, siyasi mühacir almış vətəndaşların ən yüksək səviyyəli texnika ilə təmin olunmaları və internet tv kanalları yaradaraq gecə-gündüz Azərbaycan hakimiyyətinə çamurları necə yağdırdıqlarını görürlər. O da bəllidir ki, sosial şəbəkə yaradaraq və heç bir reklamı olmayan bu strukturlar ailələrini necə dolandırmaları Avropa üçün müəmmalı bir hadisə olduğu üçün, bu bayağı qafalılarla ilgilənməyə başlayıblar. Almaniya və Fransada aparılan əməliyyat tədbirləri nəticəsində bəlli olub ki, onlar siyasi mühacir deyil, "siyasi dəllallar"dırlar. 

Ə. Yusifoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31