Kirill Paşazadəyə pravoslav kilsəsinin ordenini verdi
Kirill Paşazadəyə pravoslav kilsəsinin ordenini verdi
14 Noyabr 2019 14:06 SiyasətMoskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Bütün Qafqazın şeyxi Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin I dərəcəli "Serafimov Sarovski ordeni"ni təqdim edib.
Bu məlumatı "Moskva-Baku" saytı yayıb. Məlumata görə, Kirill bu ordeni Dünya dini liderlərinin II Bakı sammitinin açılış mərasimində verib.
Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Serafimov Sarovski ordeni" 2004-cü ildə təsis edilib. Orden monastırlar, məbədlər, pastoral və kilsə-ictimai fəaliyyətləri işinin canlandırılmasında verilən xüsusi töhfəyə görə təqdim edilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31