Paşinyana düşünmək üçün verilən limit artıq bitib- MÖVQE
Paşinyana düşünmək üçün verilən limit artıq bitib-MÖVQE
13 Noyabr 2019 14:22 SiyasətDüşmənin hərbi infrastrukturu məhv edilməli, Qarabağ ərazisini qismən, ya tam nəzarətdə saxlaya biləcək yüksəkliklər nəzarətə götürülməlidir
Qarabağın açarı sayılan Ağdərə və Hadrutu itirən erməni çətin ki, bir də Şuşada yallı oynamağa həvəsli olsun
Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun işğalçı Ermənistana səfəri və orada keçirdiyi görüşlərdə ənənəvi olaraq səsləndirdiyi fikirləri bir daha təkrarlaması və Yerevanın maraqlarına cavab verən açıqlamalar verməsi Azərbaycan tərəfinin haqlı etirazına səbəb olub. Başda Xarici İşlər Nazirliyi olmaqla müvafiq qurumlar, eləcə də millət vəkilləri, hətta diaspor təmsilçiləri də Rusiyanın xarici siyasət idarəsi rəhbərinin son açıqlamalarına öz etirazlarını ifadə ediblər. Rusiyada yaşayan soydaşımız, filologiya elmləri namizədi, Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvandakı məlum bəyanatı erməni maraqları ilə növbəti dəfə üstbəüst düşdü. Onun sözlərinə görə, bu bəyanat son 300 ildə Rusiya siyasi elitasının ermənilərə olan münasibətinin dəyişilməz xətt üzrə davam etdiyini təsdiqlədi: "Başqa sözlə, Ermənistanda və Rusiyada hakimiyyət dəyişsə də, ardıcıl siyasi xəttə bir vəsiyyət olaraq əməl edilir. Sergey Lavrova qədərki xarici işlər nazirləri də heç fərqli mövqe sərgiləməyib. Şəxsi rəğbət, etnik mənsubiyyətə gəldikdə isə, bu amillər qlobal məsələlərdə mühim rol oynasa da, birinci dərəcli deyil. Deməli ki, bu illər ərzində Azərbaycan Respublikasının və onun müxtəlif lobbist sturkturlarının türk-slavyan xalqları yaxınlığı modellərinin uğuru məhəlli xarakter daşıyıb. Biz, sözsüz ki, sonuncu rusiyalını da yuxarıda qeyd edilən layihənin daha faydalı olmasına inandırdıracağımız günə qədər yolumuzdan dönməməliyik. "Sonuncu rus imperiyası sayılan SSRİ nin süqutunda detonator məhz ermənilər oldu" tezisini hər yerdə deməliyik. Rusiya iqtidarının ölkədaxili təbliğatı keçmiş şöhrət və qələbələr üzərində qurması da təklif etdiyim yanaşamanın effektini şübhə altına qoymur. Müasir Rusiya siaysi elitası demokrat Yeltsindən fərqli olaraq İttifaqın süqutunu məğlubiyyət, təhqir hesab edir. Odur ki, bütün müvafiq dairələrdə Qorbaçov, Saxarov, Bonner və Staravoytova kimi erməni lobbiçilərinin xəyanəti nəticəsində qüdrətli rus dövlətinin dağılmasında ermənilərin vasitə olduğu təkrarlanmalıdır". Anar Həsənov qeyd edib ki, vacib bir məqamı da unutmayaq. O da ermənilərin 300 il ərzində formalaşdırdığı "müttəfiq xalq" stereotipinin çox dərin köklər atmasıdır: "Azərbaycanın 30 illik informasiya qarşıdurması tarixi düşmənin neçə əsr davam edən titanik əməyi qarşısında hələ çox kiçikdir. Həm də biz ən azından daha 30 il yalnız informasiya qarşıdurması üzərindən mübarizə aparmaq həvəsində deyilik. Niyə? Çünki siyasi opponentlərimiz ideyalarını həyata keçirərək dövlət qurub, biz isə bizə miras olan dövlətin bir parçasını itirmişik. Psixoloji vəziyyət, yəni, şahidi, iştirakçısı, müasiri olduğumuz torpaq itkisi bizə ermənilərdən fərqli olaraq 30 il sistemli şəkildə itirdiyimizi qaytarmağa dözümlü olacağımıza maneədir. Həm də zamanın Qarabağı bizdən ancaq uzaqlaşdıracağını nəzərə almalıyıq. Qarabağın ermənidə qaldığı hər dəqiqə o torpaqda erməni dövlətinin hüquqi baxımdan tanınması yolunda böyük riskdir. Heç kəs qarant verə bilməz ki, Birləşmiş Ştatlar heç vaxt Qarabağı tanımayacaq və yaxud Kataloniyanın tanınması baş verərsə, bu presedent Qafqazda təkrarlanmayacaq. Nümunələr çoxdur". RAİ rəsmisi hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyana düşünmək üçün verilən limit də artıq bitib: "Ön cəbhədə və düşmənin dərinliklərdəki rezerv hərbi birləşmələri, infrastrukturu iki sutka ərzində uzaqvuran artileriya, hərbi hava qüvvələri ilə məhv edilməli və quru qoşunlar Qarabağdakı iri yaşayış məntəqələrinə çıxa biləcək qədər irəliləməlidir. Dünya ayılıb, bizə təzyiq edənə qədər düşmənin hərbi infrasturkturu məhv edilməli, Qarabağ ərazisini qismən, ya tam nəzarətdə saxlaya biləcək yüksəkliklər nəzarətə götürülməlidir. Hesab etmirəm ki, Qarabağ zonasında qaytaracağımız post, yüksəklik, qəsəbə və şəhərdən hansı gücsə bizi çıxmağa məcbur etsin. Pyorl Xarbr taleyi yaşayacaq erməni qüvvələri isə çətin ki, qəfil zərbədən uzun müddət özünə gələ bilsin. Əgər durumun gərginliyini bayraq edib, münaqişə zonasına sülhməramlıları yeridərlərsə və bununla da Qarabağ münaqişəsi daha 30 il müddətinə konservləşdirilərsə, məncə bu ssenari Qarabağsız daha 30 ildən daha şərəfli və faydalıdır. Əminəm ki, Qarabağın açarı sayılan Ağdərə və Hadrutu itirən erməni çətin ki, bir də Şuşada yallı oyanamağa həvəsli olsun".
Füzuli
Olaylar.az