Geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir- MÜNASİBƏT
Geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir-MÜNASİBƏT
13 Noyabr 2019 14:08 SiyasətRəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq
Ermənistan və ATƏT-in Misnk qrupunun həmsədr dövlətlərinin birbaşa dəstəyi ilə Qarabağdakı separtaçıların fəaliyyəti genişlənməkdədir. Separatçı qurumun "xarici işlər naziri"nin üç həmsədr dövlətə səfərinin ardınca, separtaçıların rəhbəri Bako Saakyan bu ayın 8-dən Avropada səfərdədir. Qondarma rejimin rəhbəri Belçika parlamentində görüşlər keçirərək danışıqlar aparıb. Cərəyan edən bu situsiya barədə fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurum siyasi fəaliyyətini genişləndirib və danışıqlarda Qarabağın statusu üçün Birləşmiş Ştatlar, Rusiya və Fransanın dəstəyini alır. Onun sözlərinə görə, qondarma rejimin rəhbıərliyi Avropada danışıqlar apararaq Azərbaycanı fakt qarşısında qoymağa çalışırlar: "Təssüf ki, rəsmi Bakı separtçıların bu səfərlərinin qarşısını ala bilmir. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Avropa dövlətlərinin ikili standartaları, separatizmi açıq dəstəkləmələri beynəlxaq hüququn tapdalamasına zəmin yaradır. Separtçılara qarşı Avropa və Birləşmiş Ştatların bu loyal münasibəti danışıqlarda Qarabağın Azərbaycandan qopardılmasına siyasi bir mexanizm hazırlayır. Məhz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevanda Dağlıq Qarbağ əhalisnin iradəsinə zidd olan heç bir razılaşmanın olmayacağını və referendumun Qarabağda keçirilməsini açıq şəkildə ifadə etməsi artıq, münaqişənin həllində aparılan danışıqlarda yeni formatın olduğundan xəbər verir". Politoloq deyib ki, Qarabağ danışıqlarında yeni bir mənzərə yaranıb: "Bu formatı həmsədrlər də qəbul edir və separtçıların sıx-sıx Avrpa və ABŞ-a səfəri buna hesablanıb. Azərbaycanın cəbhdə atəşkəsə tam riayət etməsi, Nikol Paşinyana vaxt verilməsi əleyhimizə işlədi. Qarabğdakı separtçıları Ermənistan rəhbərliyi, xüsusi ilə Paşinyan xarici səfərlərə göndərərək danışlıqlarda öz formulunu diktə etməyə çalışacaq. Arrtıq, Rusiya bu formulu Sergey Lavrovun dili ilə qəbul etdiyini elan etdi. Ancaq onu da qeyd edim ki, Azərbaycan Ermənistan rəhbərliyinin bu siyasi avantürsının qarşısnı almağa qadirdir. Cəbhədə Ermənistana zərbə endirliməyincə Ermənistan diplomatik yolla bizə əraziləri qaytarmayacaq. Ermənilər ona görə Qarabağda bizlə döyüşməyib ki, bir neçə ildən sonra xoşluqla, təkcə Qarabağa Azərbaycanın tərkibində muxtariyyətə razılaşmaqla əraziləri bizə qaytarsın". Bu arada Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təlimlərə də diqqət çəkən Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri regionda baş verən geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı, Ermənistana mesaj xarakterlidir. Onun sözləörinə görə, bu təlimlər Azərbaycanın hərbi gücünü birdaha nümayiş etdirməklə Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir: "Təbii ki, təlimlərin keçirilməsi sıradan bir tədbir deyil, real müharibə , ərazilərin qaytarılması, düşmənə zərbələrin endirilməsi şərti adında keçirilir. Bir neçə ildir Azərbaycanın silah arsenalı yenilənir, müasir raket- artilleriya və aviasiya silahları ilə təchiz edilir. Demək olar ki, Ermənistanla paritet şəkildə üstünlük Azərbaycan tərəfindədir. Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq. Yeni dəyişikliklər və geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir. Qeyd edim ki, münaqinin həlli ilə bağlı növbəti görüş Bratislavada keçiriləcək. XİN rəhbəri Elmar Məmmədyarov masada hazır sənədlərin olduğunu və bu görüşdə Ermənistanın həqiqətən substantiv danışıqlara keçib-keçməyəcəyini bu danışıqlarda görəcəklərini vurğuladı. Demək, Ermənistan bu günə qədər real danışıqlar aparmayıb, bundan sonra bəlli olacağı hələ ki məchuldur. Belə olan təqdirdə, diplomatiyanın bacarmadığını ordu bacarır".
Politoloq qeyd edib ki, Azərbaycan ordusu Araz boyu ərazilərə hücum edib, maksimum şəkildə əraziləri azad edə bilər: "Artıq, buna geosiyasi şərtlər də cavab verir. Məhz bundan narahat olan Rusiya xarici işlər naziri Sergey Lavrov "Qarabağ xalqı" ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır və Azərbaycana mesaj verir. Təbii ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu 7 rayonun ərazilərini əhatə edəcək, Qarabağdakı erməni icmasının kompakt yaşadığı ərazilərdə Azərbaycan özü onların təhlükəsizliyini təmin etməyə hazırdı. Rusiyanın bu faktordan istifadə etməsi təhlükəli amildir. Göründüyü kimi Rusiya münaqişənin həllində maraqlı deyil, rəsmi Yerevanın mövqeyindən çıxış edir. Sonda qeyd edim ki, Moskva məhz Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır və Paşinynanın Qərbə inteqrasiyası Kremlin forpostundan çıxmaq cəhdləri fiaskoya uğradı. Bu da Qarabağ konfliktinin siyasi həllinə mənfi təsir edir. Ona görə də Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir".
Məhəmməd
Olaylar.az