Paşinyan ciddi dilemma qarşısında- Siyasət

Paşinyan ciddi dilemma qarşısında-Siyasət

İnqilabçı baş nazir vəziyyətdən necə çıxacaq?

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan hakimiyyət uğrunda mübarizənin növbəti, ikinci mərhələsinə start verir. Mübarizənin birinci mərhələsində sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryanı zərərsizləşdirməyi, onları siyasi səhnədən demək olar ki, uzaqlaşdırmağı bacaran Nikol Paşinyan indi də Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş separatçı rejimə nəzarəti təmin etmək istiqamətində fəaliyyətlərə başlayıb. Əslində, bu Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən həyata keçirməyi nəzərdə tutduğu planlardan idi. Sadəcə inqilabçı baç nazir üçün bir neçə səbhədə mübarizə aparmaq həmin vaxt qeyri-mümkün idi. Bu həm Paşinyanın rəqiblərinin birləşərək ona qalib gəlməsinə, həm də Qarabağ separatçılarının güc yolu ilə hakimiyyətə qarşı səfərbər olmasına gətirib çıxara bilərdi. Ona görə də Nikol Paşinyan separatçıların lideri ilə yollarını ayırmağı indiki mərhələyə saxladı.

Qeyd etdiyimiz kimi Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri ilə yollarını ayırmaq üçün ciddi hərəkətə keçib. Artıq bir neçə gündür ki, müxtəlif siyasi dairələr, separatçılarla müəyyən əlaqələri olan şəxslərlə görüşlər keçirən Paşinyan onları müəyyən şirnikləşdirici vədlərlə öz tərəfinə, nəticədə qondarma rejimin rəhbərliyini dəstəksiz qoymağa çalışır ki, qarşıdan gələn qqeyri-qanuni seçkilərdə separatçıların lideri yenidən qondarma rejimə rəhbərliyi ələ keçirə bilməsin. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, inqilabçı baş nazir Nikol Paşinyan hazırda bütün qüvvəsini qondarma rejimin rəhbərliyinin zərərsizləşdirilməsinə yönəldib. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədulazadə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Mənim addımım" blokunun deputatları ilə görüşərək Qarabağ məsələsi və separatçı rejimdə baş verənləri müzakirə edib. Onun sözlərinə görə, çünki, Qarabağdakı qondarma rejimin dəyişməsi Nikol Paşinyan üçün siyasi prioritetdir: "Ona qarşı müqavimət göstərən gələn il qondarma rejimdə keçiriləcək seçkidə Qarabağ klanının əsas namizədi Vitali Balasanyan olacaq. Keçmiş səhra komandiri Vitali Balasanyan seçkiyə əsas qüvvə toplayaraq gedir və burada "Qarabağ klanı"nın rəhbərliyində, həmçinin siyasi arenada qalmasına çalışacaq. Qeyd edim ki, V. Balasanyana Serj Sərkisyan və digər "Qarabağ klanı"nın üzvləri dəstək verir. Eks-prezident Serj Sərksyan Birləşmiş Ştatların Ermənistandakı səfiri ilə görüşündə gələn il Qarabağda keçiriləcək seçkilərə Paşinyanın müdaxilə etməməsini müzakirə edib və separatçı rejimin onların əlində qalması üçün Nikol Paşinyana maksimum təzyiqlər edilməsini istəyib". Politoloq deyib ki, Serj  Sərkisyan Nikol Paşinyanın son aylarda Rusiyaya qarşı yön almasını əlində rıçaq olaraq tutub və bunu ABŞ səfirliyinə çatdırıb. Yoxsa, Sərksiyanın onun devrilməsində müstəsna xidməti olan səfirliklə nə əlaqəsi ola bilər?. Görünür Qarabağdakı siyasi dayaqlarını sarsıtmamaq və Vitali Balasanyanın orada rəhbərliyə gəlməsi üçün Paşinyanın mane olmaması istənilib. Artıq, Nikol Paşinyan blokun depudatları ilə görüşdə oradakı seçkilərə müdaxilə etməyəcəyini qeyd edib. Bu arada baş verən proseslərdən narahat olan qondarma rejimin parlamentində "Vətən Fraksiyası"-nın depudatları Paşinyanla görüşə gəlib. Məqsəd qondarma seçkilərə bir getmək və orada koalisiya yaratmaqdı. Qondarma rejimin eks-baş naziri Artunyanın partiyası Paşinyanla siyasi ittifaqa gedib, burada rəhbərliyə gəlməyi planlayır".

Məhəmməd Əsədullazadə deyib ki, Nikol Paşinyan hazırda dilemma qarşısındadır: "Əgər, "Qarabağ klanı"nın Xankəndinə qondarma rejimdə hakimiyyətdə qalmasına şərait yaratsa, öz hakimiyyəti üçün təhlükə olacaq və Qarabağ münaqişəsinin nizamlanmasında ciddi probelmələrlə üzləşəcək.  Məhz baş verən proseslərlə bağlı parlametdə öz fraksiyasının deputatları ilə görüşərək məsələni onlarla müzkirə edib. Nikol Paşinyanın Qarabağ separatçılarına güzəştə getməsi gözlənilmir və Azərbaycanla aparılan danışıqlar, cəbhədə nisbi sakitlik pozula bilər. Nikol Paşiyan prezident İlham Əliyevlə Aşqabadda və digər konfranslarda görüşüb ölkə rəıhbərliyini inandırmağa çalışır ki, münaqişənin həllinə çalışacaq. Bununla da çalışır ki, Qarabağdakı separtçıların yerinə öz adamlarını yerləşdirsin. Qarabağdakı qondarma rejim dəyişsə Paşinyan Qarabağla bağlı yeni plana başlaya bilər. Paşinyanla Qarabağ klanı arasında növbəti qarşıdurma Qarabağdakı separtçıların əsas dayağı olan Qarabağ klanı ilə cərəyan etməkdədir. Hər halda yaxın vaxtlarda hər şey aydın olacaq".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31