Əzəli rəqiblərin saxta müqaviləsi
7 Noyabr 2019 17:33 SiyasətÖtən gün Müsavat və AXCP bir araya gələrək vahid mövqedən çıxış etmək barəsində bəzi anlaşmalar əldə ediblər. Bir-birlərinə qarşı uzun illərdir barış mövqeləri ilə seçilən bu iki qurumun bir araya gəlməsi siyasi kularlarda ciddi söz-söhbətə səbəb olubdur. Ancaq, o da bəllidir ki, bu iki müxalif paprtiyanı hər zaman bir-birinə yaxınlaşdıran xarici dairələr olubdur. Xüsusilə 2003-cü il prezident seçkiləri ərəfəsində Müsavat və AXCP məcbur olaraq vahid mövqedən çıxış ediblər. Ancaq, hər iki partiyanın siyasi "evlilik" macərası uzun çəkməyib. Müxalifətin gah birliyi, gah da bir-birinə qarşı müharibə elan etməsində daim katalizator rolunu oynayan Pənah Hüseynin bu anlaşmaya qatılması və AXP sədri statusu ilə təkliflər irəli sürüb. Son bir həftədə ABŞ-da aparılan danışıqlar da öz rolunu oynayıb. Belə ki, AXCP və Milli Şuranın adından Cəmil Həsənlinin, Müsavat partiyasının xüsusi təmsilçisi Ramis Yunusun Vaşinqtonda bir sıra fondlarla görüşlərdə birlikdə iştirakı onu deməyə əsas verir ki, ABŞ institutları pərakəndə müxalifət deyil, vahid bloka məxsus bir siyasi qurum görmək istəyir.

"Sülh missiyası" və Əli İnsanovun qammiti
Sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən çıxdıqdan sonra ayrıca partiyası qurmaq üçün çox çabalar göstərdi. Bütün təşəbbüsləri boşa çıxdıqdan sonra, məcbur olub bir qədər iriçəkili müxlaifət partiyaları ilə uzlaşmış siyasətə üz tutub. "Ağsaqqal" missiyasını öz üzərinə götürərək əzəli rəqiblər AXCP və Müsavat arasında barışdırıcı mövqedən çıxış edir. Bu yöndə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni və digər şəxsləri də barışıq müşavirəsinə cəlb edib. Bağlı qapılar arasında iki saat davam edən görüş zamanı əsas müzakirə mövzusu xaricdən alınacaq qrant layihələri, kimə nə qədər vəsaitin çatacağı üzərində dayanılıb. "Xalqın sosial sifarişi" adı ilə kütləvi tədbirlərin birlikdə keçirilməsi istiqamətində isə müəyyən razılıqlar əldə olunub. Ona görə ki, müxalifətin cəmiyyətə deyə biləcəyi bir söz yoxdur. Müəyyən narazıları cəlb etmək görüntüsü yaratmaqla kütləvi aksiyalar, piket və mitinqlərin həyata keçirilməsi istiqamətində müxalifətə xaricdən gələcək qrantların hesabına varlıqlarını bir daha duydurmaq üçün əllərinə əməlli-başlı fürsət düşüb. Əli İnsanovun bu prosesə aktiv şəkildə qatılmasının isə bircə mənası var. Bu, "QİSASÇILIQ" xəstəliyidir. Halbuki, bir vaxtlar onunla bağlı keçirilən məhkəmə prosesində cinayət əməlləri bütün detalları ilə sübuta yetirilmişdi. Əli İnsanov isə cığallıq edərək özünün alibisi firkindədir. Ona görə də müxəlit KİV-lərdə radikal fikirlər səsləndirir. Onun fikrincə "hər nə olursa olsun, bu hakimiyyətdən həbsdə yatdığı illərin qisasını almaq" istəyir. Ötən müddətdə hədəflərinə nail ola bilmədiyi üçün, bir zamanlar sərt şəkildə tənqid etdiyi və aşağıladığı müxalifət partiyalarının xidmətindən faydalanmaq qərarına gəlib. Xaraktercə elə Əli İnsanovun özünə bənzəyən müxalifət də onun "keçmiş səhvləri"nin üstündən sükutla keçir.

Demaqoqiya xəstəsinin boşboğazlığı
AXCP sədri Əli Kərimli və onun sosial şəbəkələrdəki trollerləri gecə-gündüz bilmədən Azərbaycan hakimiyyətini ən sərt sözlərlə təhqir kampaniyasını aparırlar. Əli Kərimli bir qədər də uzağa gedərək oktyabr ayında bir neçə dəfə aksiyalar keçirməyə cəhd etdi. Hətta bunun üçün Azərbaycanın siyasi-ictimai həyatında daim başğarısı olan susqun "siyasi islam" tərəfdarları ilə də birgə hərəkət etdi. Müsavat partiyasının qərargahında azsaylı jurnalistləri görən kimi, Əli Kərimli yenə də əvvəlki ampulasında sərt şəkildə hakimiyyətə qarşı nifrətini gizlətmədi. Hətta ölkədə son bir ildə baş verən islahatların hamısına kölgə salmağa cəhd göstərdi. Bu günə qədər alternativ proqramlar və layihələrlə cəmiyyətə söz deməyi bacarmayan AXCP və onun sədri Əli Kərimli sanki, hər hansı askiyanın baş tutacağı təqdirdə hakimiyyətə gələ bilər düşüncəsindədir. Əli Kərimli unudur ki, Azərbaycan nə Ermənistandır, nə də hansısa banan ölkəsi deyil.
Siyasi avantüralar ustası olan Pənah Hüseyn müxalifət düşərgəsində aparılan bütün müzakirələrin daha da genişlənməsinin vacibliyini vurğuladı. Ona görə ki, sədri olduğu və bütün üzvlərinin sadəcə öz ailəsini təmsil etməsinin fərqinə varmadan onun da AXP adlı bir siyasi qurumun varlığını irəli sürməyə cəhd etdi. Bu həmin Pənah Hüseyndir ki, 1992-1993-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən Azərbaycan Milli Elmlər Akademiysının ləğv edilməsi və 30 min nəfər alimin çölə atılması siyasətini mümkün qədər rəsmiləşdirməyə cəhd edirdi. O, zaman ölkə ziyalıları bir araya gələrək Pənah Hüseynin bu avantürasının qarşısını aldılar.
.jpg)
Siyasi kuluarların arxasındakı hədəflər
Müxalifətin bir araya gəlməsinin qeyd etdiyimiz kimi xaricdən alacaqları "qrant"lardır. "Qrant varsa, birlik də var" devizi neçə onillikdir ki, müxalifətin sevimli mövzularından biridir. Qrantlardan axan pul seli olmadıqda, müxlaifəti təmsil edən bütün partiyalar dərhal öz yuvalarına geri dönürlər. Müsavat partiyasının qərargahında baş tutan bu görüşdə politoloq Hikmət Hacızadə özü də bilmədən bunları etiraf etdi: "Bu tədbirin nəticəsi olaraq bir neçə bəyanat olsun. Bəyanatların biri yuxarılara göndərilməlidir. İkincisi xalqa ünvanlanmalıdır: Niyə biz susmuruq, dağılmırıq? Üçüncüsü, demokratlara edilməlidir. Söyüş məsələsi də var. Adətən liderlər bir-birini söymür. Sıravi adamlar bu davanı başlayırlar. Dava qızışır. Qərbə mürqaciət olunmalıdır, deyilməlidir ki, "siz də kişi olun". Yeni müxalifət olmayacaq. Biz ona görə müxalifət olmamışıq ki, müxalifət olmaq istəmişik". Hİkmət Hacızadənin bu acı etirafı müxalifətin faktiki olaraq aynası deməkdir.
Müsavat partiyasının qərargahına toplanan və özlərini müxalifət adlandıranlar unudurlar ki, Azərbaycan cəmiyyətində yeni nəsil onları tanımır. Çünki, gəncliyin düşüncə tərzi tamamilə onlardan fərqlənir. Bütün həyatlarını müxalifət düşərgəsini təmsil etmək adı ilə qocalmış siyasi "mübarizlər" gəncliyin bu günü və sabahı ilə bağlı indiyə kimi onlara heç nə vəd etməyiblər. Çünki, yatıb yuxularında özlərini ölkənin birinci şəxsi timsalında görmək xəyalının bataqlığında ilişib qalıblar.
Hər dəfə olduğu kimi, müxalifət bir araya gələrək xaricdən Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən güclərin sayəsində cibini dolduracaq. Sonda hesabat vermək üçün "siyasi məhbus", "siyasi mühacir" və digər oyunları gündəmə gətirəcəklər. Artıq bu oyunun dolayı simptomları görünməkdədir. "Qrant" layihələrinə görə öz maraqları çərçivəsində bir araya gələn müxalifətin anatomiyası bundan ibarətdir. Ona görə də heç bir zaman iqtidara gəlməyin yollarını da tapa bilməyəcəklər.