Səfir: «Cammu və Kəşmirdəki müsbət dəyişikliklər böyük fayda və iqtisadi inkişaf gətirəcək»
Səfir: «Cammu və Kəşmirdəki müsbət dəyişikliklər böyük fayda və iqtisadi inkişaf gətirəcək»
7 Noyabr 2019 17:15 SiyasətCammu və Kəşmirin Yenidən Təşkili Aktı 2019-un tətbiq edilməsi və 31 oktyabr, 2019-cu il tarixində Cammu və Kəşmir İttifaq Ərazisi və Ladax İttifaq Ərazisinin yaradılması ilə əlaqədar suallara cavab verən Hindistan səfiri B. Vanlalvavna dəyişikliklərin iqtisadi inkişafı təşviq edəcəyini, daha təkmil və cavabdeh idarəçilik yaradacağını və regionun xüsusilə də daha az imtiyazlı əhalisinə sosial-iqtisadi ədalət gətirəcəyini bildirdi.
Olaylar.az bildirir ki, səfir dəyişikliklərin, əvvəllər Cammu və Kəşmirə aid edilməyən 106 milli qanunun qadınların, uşaqların və qeyri-imtiyazlı təbəqələrin hüquqlarının müdafiəsi üçün tətbiq edilməsini mümkün etdiyini qeyd etdi. Ladax İttifaq Ərazisinin yaradılması həmçinin, insanların uzunmüddətli istəyinə cavab verərək regional uyğunsuzluğu aradan qaldıracaqdır. Hindistan Höküməti həmçinin, iki ittifaq ərazisində həyata keçirilən layihələrin maliyyələşdirilməsinin 90 %-ni (digər ştatlar və ittifaq əraziləri üçün 60 %) öhdəsinə götürmüşdür və bu hər iki ittifaq ərazisinin ümumi sosial və iqtisadi inkişafına ciddi təsir göstərəcəkdir. Səfir daha sonra 24 oktyabr, 2019-cu il tarixində seçicilərin 98 %-nin iştirakı ilə yerli orqanlara uğurlu seçkilərin keçirildiyini əlavə etdi.
Cammu və Kəşmir və Ladaxdakı son vəziyyətə dair məlumat verən səfir, vəziyyətin tədricən normallaşdığını bildirdi. Hərəkət üzərindəki bütün məhdudiyyətlər qaldırılmış, şəhər və mobil telefonlar da daxil olmaqla rabitə bərpa edilmiş, məktəb və xəstəxanalar, hökümət idarələri və biznes müəssisələri açıqdır. O, 5 avqust, 2019-cu il tarixindən etibarən təhlükəsizlik tədbirləri nəticəsində bir güllənin belə atılmadığını və heç bir can itkisinin olmadığını bir daha nəzərə çatdırdı. Digər tərəfdən, səfir terrorçuların bölgədəki mülki şəxsləri, işçiləri, nəqliyyat işçilərini və alma yetişdiricilərini qorxutmaqda və öldürməkdə davam etdiyini bildirdi.