Komitə əməkdaşı İslam Əməkdaşlıq Təşkilatının iclasına qatılıb

Komitə əməkdaşı İslam Əməkdaşlıq Təşkilatının iclasına qatılıb

2019-cu il 6 noyabr tarixində Ankara şəhərində  "İslam Əməkdaşlıq Təşkilatı" ına  üzv ölkələrində "ana və uşaq ölümləri: 2030 hədəflərinə doğru irəliləyiş" mövzusunda yoxsulluğun azalması üzrə işçi qrupunun 14-cü iclası  keçirilib. "Olaylar" xəbər verir ki, iclasda Oman, Pakistan, Fələstin, Qətər, Tunis, Türkiyə, Zambiya, Benin  Misir, İndoneziya, İraq, Morokko, Nigeriya və Azərbaycan iştirak edib. Tədbirdə ölkəmizi Səhiyyə nazirliyinin İnformatika və statistika idarəsinin rəisi Şahin Xasiyev və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri  şöbəsinin müdiri Cəmilə Bağırova təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31