Litvanın spikeri Azərbaycana gəlib

Litvanın spikeri Azərbaycana gəlib

Litva Respublikası Seyminin sədri Viktoras Prantskietis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib."Olaylar" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Respublikası Seyminin sədrini  Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar. Onun spiker Oqtay Əsədov və digər rəsmilərlə görüşü gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31