İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi
İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi
30 Oktyabr 2019 15:25 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31