Avstriyanın paytaxtında Beynəlxalq Qarabağ Forumu keçiriləcək
Avstriyanın paytaxtında Beynəlxalq Qarabağ Forumu keçiriləcək
30 Oktyabr 2019 13:05 SiyasətGələn il Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Qarabağ Forumu keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Dünya Azərbaycanlıları Assambleyasından (DAA) daxil olub. Bildirilib ki, orum 2020-ci il, fevralın ayının 21-də təşkil olunacaq. Forumun Vyanada keçirilməsinin qərara alınmasına səbəb BMT və ATƏT kimi bir sıra beynəlxalq təşkilatların məhz bu şəhərdə yerləşməsidir. Həmçinin bu tədbirdə beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin, ATƏT, BMT , Avropa Şurasının nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası (DAA) fevralın 4-də 2017-ci ildə Almaniyanın Köln şəhərində "Dünya Azərbaycanlıları Köln Forumu"-nu təşkil edib. Forumda alınan qərarlar içərisində Beynəlxalq Qarabağ Forumunun keçirilməsi də var idi. Bununla bağlı DAA idarə heyyətinin oktyabrın 28-də iclası keçirilib və İdarə heyyətinin qərarına əsasən forumun Vyana təşkili məqsədəuyğun hesab olunub.