96 yaşlı Cümhuriyyət
96 yaşlı Cümhuriyyət
29 Oktyabr 2019 13:25 SiyasətDünəndən bu günə şərəfli inkişaf yolu keçən Türkiyə
Qardaş Türkiyə Cümhuriyyət Gününü qeyd edir. Tam 96 il əvvəl, Qazi Mustafa Kamal Atatürk tərəfindən miras qoyulan Türkiyə Cümhuriyyəti tarixin bir çox haqsızlıqları, dünya dövlətlərinin məkirli planlarına rəğmən ayaqda dura bildi və bu günə qədər Atatürkün mirasını göz bəbəyi kimi qorudu.
Bir qədər uzaq tarixə nəzər salaraq əminliklə deyə bilərik ki. əgər zamanında Atatürk bu mübarizənin önünə keçib Türkiyəni doğru istiqamətə aparmasa, onu şər cəbhəsinin, imperialist güclərin caynağından xilas etməsəydi, günümüzdə qüdrətli, güclü bir Türkiyə olmazdı. Bəlkə də bu günkü qardaş Türkiyənin ərazisi hansısa Avropa dövlətinin, imperialist güclərin bir parçasına çevrilmişdi, işğal olunmuşdu. Lakin Mustafa Kamal Atatürk bunun qarşısını ala, Türkiyəni ayaqda saxlaya bildi.
Məlumat üçün qeyd edək ki, birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə türk-islam hakimiyyətinin ləğv edilməsi və Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cumhuriyyətin elanı ilə həll edildi. Beləliklə, Türkiyə Respublikasının əsası qoyuldu. Atatürk ölkənin ilk başçısı (cumhurbaşkanı) təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi. Qardaş ölkədə Cümhuriyyət bayramı isə rəsmi olaraq 1924-cü ildən etibarən qeyd olunur və dövlət bayramı hesab edilir.
Qeyd etdiyimiz kimi, Qərbdə, Avropada güclü bir Türkiyə Cümhuriyyətinin varlığı ilə heç cürə barışmırdılar və imkan düşdükcə qardaş ölkəni zəıflətməyə, ona qarşı basqıları artırmağa çalışır, beləliklə Türkiyəni Avropanın, Qərbnin əlinə baxan bir ölkəyə çevirməyi hədəfləyirdilər. Lakin Türkiyə dövlətinin sağlam təməllər üzərində, eyni zamanda türkçülük, millətçilik prinsipləri əsasında qurulması, türk insanının para, maddiyat qarşılığında Qərbin, Avropanın köləsinə çevrilmək kimi bir niyyətinin olmaması Türkiyəni məhz etmək istəyənlərin arzusunu ürəyində qoydu. Zamanla inkişaf edərək, böyüyərək daha möhtəşəm, daha güclü olduş Ankaranın BMT, NATO, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının üzvünə çevrilməsi, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvü rolunda çıxış etməsi artıq Qərbdə, Avropada güclü bir Türkiyə dövlətinin mövcudluğunun qəbul edilməsi demək idi və imperialist güclər, dünyanın güc mərkəzləri bu reallıqla barışmalı olurdular.
Günümüzdə Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Ancaq buna baxmayaraq hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, qardaş Türkiyə Cümhuriyyətinin güclü, qüdrətli bir dövlətə çevrilməsi. dünya güclərinin Ankara ilə hesablaşmaq mnıcburiyyətində qalması kimi müsbət tendensiya son 10-15 ildə daha çox müşahidə edilməyə başlayıb. Burada isə mübaliğəsiz olaraq hazırkı Türkiyə Cümhiriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də onun yaratmış olduğu Ədalət və İnkişaf Partiyası faktorunu qeyd etməmək mümkün deyil. Məhz 2002-ci ildən fəal siyasi səhnəyə daxil olan AKP hökumətə rəhbərlik etdiyi ötən illər ərzində qardaş ölkənin bütün istiqamətlər üzrə inkişaf və tərəqqisinə nail olub. Təsadüfi deyil ki, bu gün Rəcəb Tayyib Ərdoğanı Mustafa Kamal Atatürkdən sonra Türkiyənin ikinci qurucu lideri kimi xarakterizə edirlər. Türkiyənin Ərdoğan hakimiyyəti zamanında inkişaf etdiyi, tərəqqiyə nail olduğunu, bu reallğı indi təkcə türk cameəsi deyil, dünya birliyi, beynəlxalq aləm də qəbul edir. Bu inkişaf, tərəqqi zamanda bir sıra regional məısələlərdə dünya güclərini Türkiyə ilə barışmağa məcbur edir.
Süleyman
Olaylar.az