Atatürk ingilislərin sui-qəsdindən necə xilas oldu

Atatürk ingilislərin sui-qəsdindən necə xilas oldu

Oktyabrın 29-da Türkiyə Cumhuriyyətinin qurulmasının 96-cı ildönümü təntənəli şəkildə  qeyd edilir.

Bu gözəl tarixi hadisə sadəcə  dövlət səviyyəsində deyil, bütün türklərin qəlbində sevinclə, iftixarla qeyd edilən bir tarixi hadisədir. Bildiymiz kimi Türk xalqı Cümhuriyyəti qurarkən , vətənini xilas edərkən mümkün olan və olmayan bir çox əziyyətlər çəkmiş,  böyük qurbanlar vermişdir. Cumhuriyyətin qurulması üçün başladılan İstiqlal Müharibəsinin bir çox məqamları geniş ictimaiyyətə məlum olsa da,bu şanlı mübarizə tarixinin,  çox az insanın bildiyi bəzi dönüm nöqtələri olmuşdur.

Yazımızda bu bilinməyən çox mühüm məqamlardan biri haqqında söz açmağa cəhd edəcəyik.

1919-cu ilin 30 aprel tarixində Osmanlı Sultanı Vahdəddin Mustafa Kamal Paşanı Anadoludakı Ordu birliklərini təftiş etmək və "tərksilah" etmək səlahiyyəti verərək müvafiq fərman imzalayır. Mustafa Kamal Atatürk vəzifəni qəbul edərək səfərə hazırlaşır. Onu müşayiət edəcək şəxslərdən ibarət bir heyət seçir ki, bu heyət gələcəkdə vətənin xilası üçün aparılacaq İstiqlal Savaşının komanda heyətini təşkil edəcək qəhrəman şəxslərdi.

Bu hazırlıqlar davam edən günlərdə İstanbulun varlı şəxslərindən birisi olan Babanzadə Fuad Bəy Bəyoğlundaki imarətində (o imarət hələdə İstiqlal Caddesində durur ) şəhərin zadəganları üçün bir ziyafət verir.

Bu ziyafətə yerli əsilzadələrlə bərabər İstanbulu işğal edən ingilis qüvvələrinin zabitləri də dəvət edilmişdir. Dəvət edilən şəxslərin arasında Padişah Vahdəddinin kürəkəni olan İsmail Haqqı Okday da var idi. İsmail Haqqı Bəy Padişahın böyük qızı olan Ülviyyə Sultan ilə evli idi və güvənilən şəxs kimi tanınırdı, ingilislər də ona çox etimad edirdilər. Ziyafətdə İngilis kəşfiyyatının zabiti olan kapitan Con Bennetdə iştirak edirdi. Məclisin sonunda çox sərxoş olan kapitan Bennet İsmail Haqqı Bəyi kənara çəkib lovğalanaraq bu kəlmələri ağzından qaçırır." Sultanın yavəri olan Mustafa Kamal Paşa bir iki günə Samsuna yola çıxacaq, eləmi? Ancaq   Mustafa Kamal Paşa  Samsuna gedə bilməyəcək. Biz onun səfərə çıxacağı Bandırma gəmisinin Qara dənizdə batıracağıq " deyərək lovğalanır. Bu sözlərdən dəhşətə gələn İsmail Haqqı Bəy özünü təcili Sultan Vahdəddinin yanına çatdırır və Padişaha məsələni bildirir. İngilislərin əlində əsir həyatı yaşayan Sultan, kürəkəninə : "Təcili olaraq Mustafa Kamal Paşamı xəbərdar edin" əmrini verir. İsmail Haqq Bəyin xatirələrində bildirdiyinə  görə :" Bu çox çətin bir məsələ idi. Hər yer ingilis xəfiyyələrilə dolu idi. Hamımız nəzarət altında idik. Bu xəbəri Mustafa Kamal Paşaya çatdırmaq üçün  bizim etimad etdiyimiz ancaq, ingilislərin şübhələnmədiyi və izləmədiyi bir şəxs seçilməliydi" yazır. İsmail Haqqı Bəy fikirləşərək belə qərara gəlir ki, xəbəri şübhələrdən kənar olan, çox da əhəmiyyətli vəzifə tutmayan ancaq, vətənpərvər və ölkəsinə sədaqətilə tanınan yüzbaşı(kapitan) Çopur Neşet Bəy vasitəsilə Mustafa Kamal Paşaya çatdırsın. Neşet Bəy ilə görüşən İsmail Haqqı Bəy onu ingilislərin hazırladığı təxribat haqqında xəbərdar edir və ondan bir şəkildə bu xəbəri Mustafa Kamal Paşaya çatdırmasını rica edir. Çopur Neşet Bəy çox düşündükdən sonra bu xəbəri Atatürkün yaxın dostu olan və Dənizçilik (Bahriyyə ) Naziri olan Rauf Orbaya bildirməyi qərar verir. Rauf Bəy İngilis nəzarətindəki Əhməd İzzət Paşanın rəhbərlik etdiyi hökümətdə nazir vəzifəsini tutmaqda idi və üzərinə şübhə çəkməzdi. Çox az insan o zaman bilirdi ki, Rauf Orbay  işğalçılara qarşı şiddətli mübarizə aparan Quvva-İ "Milliyənin (Milli Quvvə) ən fəal üzvüdür və Vətənini işğal edən güclərdən də onlarla işbirliyi edən satqınlardan da nifrət edir. Rauf Orbay tam Bandırma gəmisinin Qalatadan dənizə çıxdığı gün özünü limana çatdırır . Atatürklə görüşmə və gəmini yoxlama bəhanəsilə göyərtəyə çıxaraq Mustafa Kamal Atatürkə ingilis təxribatı haqqında məlumat verir. Az zaman içində aparılan kəşfiyyatdan məlum olur ki, ingilislər Qara Dənizə Bandırma gəmisini batırmaq üçün " Malayya" zirehli gəmisini göndəriblər. Dərin zəkası və uzaqgörənliyi ilə tanınan Mustafa Kamal Atatürk gəminin gedəcəyi istiqaməti diqqətlə seçir. Böyük gəmilərin girə bilmədiyi sahilə yaxın dayaz yerləri seçir. Gəmidəki bütün  radio teleqraf cihazları söndürməyi əmr edir.. Gecələri işıqları söndürərək yola çıxmaq təlimatını verir. Gəmiyə kapitan olaraq İsmail Bəy təyin edilmişdi, o çox təcrübəli bir dənizçi idi, və Qara Dəniz sahillərinə əlinin içi kimi bələd idi. Gəmi yola çıxdıqdan sonra 18 may gecəsi cəmi bir neçə dəqiqəliyinə Sinopda dayandıqdan sonra yoluna davam edir. Bandırma Sinoptan çıxdıqdan cəmi bir saat sonra limana Malayya zirehlisi gəlir Atatürkün gəmisini Snopta əlindən qaçıran ingiis zirehslisi təcili dənizə çıxır. 19 may səhəri Atatürk öz silahdaşlarıilə Samauna sağ salamat gəlir və tarixdə yeni səhifə açılır,  qurulacaq Cümhuriyyətin ilk addımları atılır.

Mehdi SƏLİMOV 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31