Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Azərbaycanın ciddi diplomatik qələbəsi idi- TƏHLİL

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Azərbaycanın ciddi diplomatik qələbəsi idi-TƏHLİL

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Dünyanın 60-a yaxın ölkəsinin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin, ümumilikdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin Zirvə Görüşünə Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi etməsinin ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən hadisədir. Bütün dünya ictimaiyyətinin diqqət yönəltdiyi Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəyə çevrildi, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin geniş müzakirəsinə şərait yaratdı. Bu, həmçinin Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, ölkəmizə olan güclü etimadın əyani göstəricisidir.Həm də nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı. Bundan sonra qarşıdakı 3 il ərzində Azərbaycanın təşkilata sədrlik edəcəyi müddətdə ölkəmizöz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Millət vəkili Kamilə Əliyeva deyib ki, dünyanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycanda, paytaxt Bakıda keçirilməsi tarixi hadisədir. Kamilə Əliyeva bildirib ki, cəmi 8 il öncə, 2011-ci ildə ölkəmiz Qoşulmama Hərəkatına üzv qəbul olunub: "Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanbı. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə isə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür". Deputat vurğulayıb ki, ötən həftə ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə Görüşünə uğurla və layiqincə ev sahibliyi etdi: "Hər zaman olduğu kimi, bu dəfə də ölkəmiz bütün dünyaya qonaqpərvərliyini, sülpərvərliyini, bəşəriyyəti narahat edən bütün məsələlərin müzakirə olunduğu və oluna biləcəyi bir məkan olduğunu dünyaya nümayiş etdirdi. Zirvə Görüşünün ilk günündə, açılışında 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən XVIII Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar". Deputat əlavə edib ki, bütövlükdə bu quruma 3 il müddətində sədrliyin Azərbaycanda olması ölkəmizin beynəlxalq aləmdəki, dünyadakı yerinin, rolunun, çəkinin, nüfuzunun daha da artmasına, möhkəmlənməsinə gətirib çıxaracaq: "Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək, ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək və dünya bir daha Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə, inkişafına şahid olacaq. Odur ki, Zirvə Görüşünü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru hesab edirəm". Millət vəkili Aydın Hüseynov qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada mövcud olan problemlərin həlli üçün ikinci böyük təşkilatın sədri kimi mövqeyini bildirməsi Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində xalqımızın qazandığı növbəti uğur kimi yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə ölkəmizin bu təşkilata 2019-2022-ci illər üçün sədr seçilməsi müstəqil respublikamızın siyasi, iqtisadi və beynəlxalq sahədə qazandığı nailiyyətlərin məntiqi nəticəsidir: "Zirvə Görüşünün Bakı Bəyannaməsində 120 ölkə tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi və torpağlarımızı işğal edən Ermənistanın işğalçı dövlət kimi tanınması bir daha rəsmiləşdi. Təbii ki bütün bu uğurlar vətənini, dövlətini, torpağını, müstəqilliyini, xalqını və onun xoşbəxt gələcəyini sevən hər bir insan tərəfindən sevinclə qarşılandığı halda xarici və daxili düşmənlərimiz buna qısqanclıqla yanaşır. Bu səbəbdən də onlar çirkin niyyətləri ətrafında birləşərək ölkəmizə qarşı iftiralar atmağa və daxildə qarşıdurma yaratmağa çalışırlar. Sevindirici haldır ki, xalqımız bu nailiyyətləri Ümummilli lider Heydər Əliyevin və onun siyasi varisi Respublika Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazandığını yetərincə dərk edərək yüksək qiymətləndirməklə daxili və xarici düşmənlərimizin hərəkətini kəskin surətdə pisləyir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31