Azərbaycan Prezidenti çex həmkarını təbrik etdi
Azərbaycan Prezidenti çex həmkarını təbrik etdi
28 Oktyabr 2019 17:29 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu yazıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31