“Qoşulmama hərəkatına sədrlik beynəlxalq arenada Azərbaycanın imicini daha da yüksəltdi” – Şərh
“Qoşulmama hərəkatına sədrlik beynəlxalq arenada Azərbaycanın imicini daha da yüksəltdi” – Şərh
28 Oktyabr 2019 12:00 Siyasət"Qoşulmama hərəkatı uzun illər öncə xalqlar və dövlətlərin soyuq müharibədən birtərəf qalması, heç bir münaqişə və təhülkəyə qoşulmamaq məqsədi ilə yaradılmışdır. Qoşulmama hərəkatında BMT-nin prinsiplərinə, insan haqqlarına, ədalət mövqeylərinə, millətlərin və xalqların suverenliyinə ciddi şəkildə əməl edilir. Məhz bu müddəalar öz əksini Bandunq prinsipində tapır. Təşkilat qeyri-iyerarxik xarakterli, rotasiya idarəetməsinə malikdir. Təşkilatın Azərbaycan daxil olmaqla 120 üzvü vardır. Müstəqil Azərbaycanımız təşkilata 2011-ci ildən bəri üzvdür. Bakıda təşkilatın XVIII Zirvə görüşündə 160-dan çox ölkə iştirak edirdi. Bu Bakının, xüsusilə Azərbaycanın dünya təcrübəsində imicinin daha yüksəlməsidir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, görüşün yüksək səviyyədə təşkil olunması xüsusi əhəmiyyət kəsb edir: "İclasda ilk olaraq keçmiş sədr Venesuela prezidenti Nikolas Maduro vəfat etmiş liderlərin xatirəsinə bir dəqiqəlik sükutdan dərhal sonra öz səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir. Cənab prezident 3 illik (2019-2022) sədrlik zamanında öz səlahiyyətlərini layiqincə yerinə yetirəcəyinə söz vermiş, daha böyük işlərə imza atılacağından söz açmışdır. İlham Əliyev cənabları buna əməkdaşlıq coğrafiyasının genişlənməsi, iqtisadi baxımdan əlaqələrin artması və s.-ni əlavə etmişdir".
Ekspert qeyd edib ki, Azərbaycan hərəkatın üzv ölkələrindən təhsil üçün səfər edən gənclərə xüsusi təqaüdlər də ayırır: "Azərbaycanın müstəqilliyindən, gündən günə inkişafını qeyd etmişdir. Lakin nə qədər də inkişaf etsə belə əzəli torpaqların işğal altında olmasını da unutmaq olmaz. Bildiyimiz kimi, BMT Təhlükəsiz Şurası ermənilərin Qarabağ torpaqlarını işğal etməsi, insanların zorla didərgin salmaları ilə bağlı 4 qətnamə (822,853,874,884) qəbul etmişdir. Lakin bu qətnamələrə hələdə yerinə yetirilmir. Ölkə Prezidenti İlham Əliyev öz nitqində qeyd etmişdir: "Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır". Zirvə görüşündə Azərbaycanın inkişafı ilə yanaşı multikultural, tolerant dəyərləri də yüksək səviyyədə müzakirə olunub.