Muğam və aşıq sənətimiz qanunla qorunacaq

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin iclasında deyib. Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: "Bu layihənin plenar sessiyaya çıxarılmasının vaxtıdır. Son illərdə Azərbaycanda muğam sənətinə çox böyük diqqət göstərilir". R.Hüseynov qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var. O, "Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi" ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31