“Kinematoqrafiya haqqında” qanun niyə işləmir?

"Nəşriyyat işi haqqında" qanunda əsaslı dəyişikliklər edilməlidir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin iclasında deyib. Onun sözlərinə görə, nəşriyyat işinin təşkili ilə bağlı qaydalar sovet dövründə olduğu kimidir. O zaman nəşriyyatlar mərkəzləşdirilmiş qaydada idarə olunurdusa, indi nəşriyyatların sərbəstləşmə imkanları çoxalıb. R.Hüseynov qeyd edib ki, "Kinematoqrafiya haqqında" qanunun işlək olması üçün orada müəyyən güzəştlər, imtiyazlar nəzərdə tutulmalıdır: "O imtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq. Əgər biz Azərbaycan kinosunda sıçrayışın olmasını istəyiriksə, imtiyazların və güzəştlərin nəzərə alınması vacibdir. Bizim müraciətlər nəzərə alınarsa, bununla bağlı təklifləri plenar iclasa təqdim edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31