Parlamentin komitə iclaslarına start verilir

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə parlamentin komitə iclasları başlayır. "Olaylar"ın MM-dən əldə etdiyi məlumata görə, komitələr arasında ilk iclasa akaemik Rafael Hüseynovun sədrlik etdiyi Mədəniyyət komitəsi start verəcək. Adıçəkilən komitənin ilk iclası sabah, yanvarın 17-də keçiriləcək. İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri olanı müzakirə edilib, təsdiqlənəcək. Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlar ilə bağlı və digər qanun layihələri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31