Yeni siyasi mərkəz fəaliyyətə başlayıb

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) adlı qurum fəaliyyətə başlayıb. "OLAYLAR" xəbər verir ki,  yeni Mərkəz rəsmi dövlət qeydiyyatından keçib. Mərkəzə rəhbərliyi tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli edəcək. O, bildirib ki, mərkəz ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursuna uyğun şəkildə fəaliyyət göstərəcək: "Ciddi layihələrimiz var, onların ətrafında müzakirələrimizi davam etdiririk. Yaxın zamanlarda ortaya qoyacağımız işlərlə tanış olacaqsınız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31