"İnsan sağlamlığının qorunması ölkə siyasətin prioritetini təşkil edir"
15 Yanvar 2019 14:33 Siyasət"Son 15 ilə fikir versək Prezident İlham Əliyev ölkəmizdə səhiyyə sahəsində misli görünməmiş yeniliklərin həyata keçirib. Ötən gün Qaradağ rayonunun Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışını da bu yeniliklərdən biri hesab oluna bilər". Bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsinin yüksək inkişaf etdiyini deyən deputat söyləyib ki, ölkəmizin bütün bölgələrində mərkəzi xəstəxanalarla yanaşı, diaqnostik mərkəzlər ən son, müasir avadanlıqlarla təchiz olunub.
K.Əliyeva bildirib ki, xəstəxanaların yüksək səviyyəli texniki təchizatla təmin olunması Azərbaycan insanının rahatlığı, sağlamlığının qorunması istiqamətində yönəlib: "Cənab Prezident dövlət başçısı seçilərkən "Mənim üçün vacib olan amillərdən biri insan amilidir" söyləmişdi. Bu vəddən irəli gələrək insan sağlamlığının qorunması Azərbaycanda həyata keçirilən siyasətin prioritetini təşkil edir".
Komitə üzvünün sözlərinə görə, görülən işləri nəticəsində bu gün Azərbaycan vətəndaşları xəstəliyinin müayinəsi, diaqnostikası üçün artıq xarici ölkələrə üz tutmur: "Azərbaycan səhiyyəsi inkişaf etdiyi üçün buna ehtiyac da yoxdur. Ölkəmizin səhiyyə sahəsində texniki təchizatla yanaşı kadr potensialına da böyük önəm verilir: Azərbaycanda təhsil alan tələbələrin sonradan təcrübələrini xaricdə artırıb yenidən ölkəmizə qayıdaraq fəaliyyətlərini davam etdirirlər. Bu gün səhiyyə sistemimizin dünya standartlarına uyğun qurulmasına görə hər bir vətəndaşımız fəxr edə bilər. Bütün işlər vətəndaşlarımızın daha da yaxşı yaşamasına istiqamətlənib ".
Qeyd edək ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak edib.
sia