İlham Əliyev: “Bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşı daha yaxşı yaşasın”
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub və bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Dövlət başçısının “neft kapitalını insan kapitalına çevirməliyik” devizi ölkənin bütün regionlarında təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Şübhəsiz ki, bütün bunlar ölkə vətəndaşlarının rahatçılığının təmin edilməsinə hədəflənib. Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Hətta beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilib. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət də uğurlu olub.
15 Yanvar 2019 13:39 SiyasətAzərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub və bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Dövlət başçısının "neft kapitalını insan kapitalına çevirməliyik" devizi ölkənin bütün regionlarında təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Şübhəsiz ki, bütün bunlar ölkə vətəndaşlarının rahatçılığının təmin edilməsinə hədəflənib. Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Hətta beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilib. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət də uğurlu olub.
Belə ki, təkcə son bir ildə ölkədə 118 min yeni daimi iş yerləri açılıb. Aaztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamının icrası olaraq 172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib. Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı da uğurla davam edib. Proqram çərçivəsində 6654 ailəyə mənzillər təqdim edilib. Dövlət başçısının imzaladığı sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhid ailələrinə 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.
Etiraf edilməlidir ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Çünki, prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasətin mahiyyətində Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, "bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar". Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ötən il qazanılan nailiyyətlər yeni başlayan 2019-cu ildə ölkəmizin daha böyük uğurlar əldə etməsi üçün ciddi baza yaradır. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib, ictimai-siyasi sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb".
Bir daha xatırladaq ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 15 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. Və bu, özünü çox qısa müddətdə yoxsulluq səviyyesinin minimuma enməsində göstərib.
Zəka