Struktur islahatlarının növbəti dalğası

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin struktur islahatlarının həyata keçiriləcəyi barədə anonsu özünü çox gözlətmədi. Belə ki, ötən gün dövlət başçısı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin struktur islahatlarının həyata keçiriləcəyi barədə anonsu özünü çox gözlətmədi. Belə ki, ötən gün dövlət başçısı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.  Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Qeyd edək ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Dövlət başçısı tərəfindən həyata keçirilən struktur islahatları cəmiyyətdə birməanlı olaraq müsbət qəbul edilib və təqdir olunub. Cəmiyyətin müxtəlif sferalarını təmsil edən şəxslər Prezidentin məlum fərmanlarını şərh edərək bunun əlavə xərclərin azalmasına yol açacağını deyiblər.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, dövlət başçısının fərmanı ilə bir sıra büdcə qurumlarının ləğv olunmasını struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, sözügedən dalğanın daha hansı qurumları "vuracağı" hələlik bəlli deyil: "Düzdür, bu, müəyyən bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnəcək. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Ümumiyyətlə, bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq lazımdır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq - genişləndirmək üçün olduqca zəruri sayılır"

Millət vəkili Fazil Mustafa isə bildirib ki, ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edir: "Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür". Millət vəkili deyib ki, digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı: "Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır. Bəzən sual verirlər ki, Elmin inkişafına dəstək fondu, Bilik Fondu, Multikulturalizim Mərkəzi, Strateji Araşdırmalar Mərkəzi dövlət qurumları kimi fəaliyyətini dayandırıb, indi o boşluğu hansı qurum dolduracaq? Açığı hansı qurumun dolduracağını proqnozlaşdıra bilmərəm, ancaq şəxsən mən sosial şəbəkədə elmin inkişafını da, biliyi də multikulturalizmi də xeyli zamandır dostlarım Etibar Əliyevin və İbrahim Nəbioğlunun statuslarından əldə edirəm, ikisi bir yerdə o boyda AMEA-dan və universitetlərdən daha çox cəmiyyətimizin düşünən hissəsi üçün faydalı bilgiləndirmə işi aparırlar. Çoxdandır Strateji Araşdırmalar Mərkəzinin funksiyasını da millət vəkili Zahid Oruc öz analitik məqalələri ilə təklikdə daha effektli aparır. Necə deyərlər, müqəddəs yer boş qalmaz".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, prezident bununla doğru qərar verdi. Onun sözlərinə görə, Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi gərəksiz quruma çevrilmişdi, nə işlə məşğul olduqları bəlli deyildi: "Bölgədə bu qədər proses baş verirdi, bu Mərkəzdən tık səs də çıxmırdı, ortada nə analizlər, nə proqnozlar, nə də bu analiz və proqnozları səsləndirənlər var idi. Əvəzində mənasız səfərlər təşkil edir, oxunmayan dərgilər dərc edir, faktiki pul silirdilər. Büdcəni bu cür yüklərdən azad etmək lazımdır. Analizlərə və proqnozlara isə həmişə ehtiyac var".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31