Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məlumatı - AİDİYYƏTİ DÖVLƏT QURUMLARININ DİQQƏTİNƏ!

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə “Vəkil orderi və order markası haqqında” Əsasnamə qəbul olunmuşdur. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədilə order markasının forması təsdiq olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə "Vəkil orderi və order markası haqqında" Əsasnamə qəbul olunmuşdur. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədilə order markasının forması təsdiq olunmuşdur.

Rəyasət Heyətinin qərarına uyğun olaraq, 01.02.2019-cu il tarixdən etibarən Respublika üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaqdır. Əsasnaməyə əsasən, 2 növdə vəkil orderi mövcuddur. Onlardan biri dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order, digəri isə müqavilə əsasında təqdim edilən orderdir. Bu orderlər öz rənglərinə görə də seçilirlər. Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order çəhrayı, müqavilə əsasında təqdim edilən order isə yaşıl rəngədidir. Yeni orderlər 2 nüsxədə tərtib olunur və vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir. Order markasına gəldikdə isə qeyd olunmalıdır ki, order markaları yalnız müqavilə əsasında təqdim edilən yaşıl orderlərə yapışdırılırlar. Bundan başqa, order markaları xüsusi mühafizə nişanı ilə qorunur. Belə ki, markaya xüsusi cihazla ultrabənövşəyi şüalar altında baxdıqda orada Dövlət gerbinin həkk olunduğunu müəyyən etmək olar. Müqavilə əsasında təqdim edilən yaşıl orderin unikalığını order markasının nömrəsi təmin etdiyi halda, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən çəhrayı orderin unkiallığını təmin etmək üçün orderi dolduran şəxs onu özü nömrələyir.

Bununla əlaqədar, artıq 01.02.2019-cu il tarixdən etibarən bu məktubun qoşmasında diqqətinizə təqdim olunmuş vəkil orderi və markası nümunəsinə uyğun olmayan və müvafiq olaraq vəkil qurumunun rəhbərləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən rəsmiləşdirilməmiş orderlərin qəbul edilməməsini, eyni zamandan bu qaydaları pozaraq köhnə nümunəli order təqdim etmiş vəkillər, habelə yaran biləcək əlavə suallar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə aşağıdakı nömrə vasitəsilə məlumat verməyinizi xahiş edirik:

+994 12 594 14 95

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31