"Cinayətkarı cəmiyyətdə qəhrəman elan etmək bizim müxalifətin ilk təcrübəsi deyil" - Şərh
Kənan Paşayev: "Anti-Azərbaycan qüvvələri ölkədə qarışıqlıq yaratmaq üçün müxtəlif yollara əl atırlar".
9 Yanvar 2019 15:24 SiyasətKənan Paşayev: "Anti-Azərbaycan qüvvələri ölkədə qarışıqlıq yaratmaq üçün müxtəlif yollara əl atırlar"
Tətbiqi Politologiya Mərkəzinin eksperti Kənan Paşayev Olaylar.az-a açıqlamasında bildirib ki, Mehman Hüseynovu siyasi məhbus adlandırmaq yanlış addımdır: "Hər zaman olduğu kimi bu dəfə də anti-Azərbaycan qüvvələri ölkədə qarışıqlıq yaratmaq üçün müxtəlif yollara əl atırlar. Mehman Hüseynovun həbsi əslində onlar üçün böyük fürsətdir. Mehman Hüseynovun həbsinin səbəbi onun siyasi görüşü deyil, törətdiyi cinayət əməlidir. Cinayətkarı cəmiyyətdə qəhrəman elan etmək bizim müxalifətin ilk təcrübəsi deyil. Xatırlayaq ki, Gəncə hadisələri zamanıda anti-Azərbaycan qüvvələri və "müxalifətçilər" eyni addımı atmışdılar. Məqsəd isə bəllidir. Azərbaycanda siyasi sabitliyi pozmaq, əhali arasında ajotaj yaratmaq və iqtidar-xalq birliyini pozmaq".