Öz gözündə tiri görməyənlər

Yaxud Azərbaycana dərs keçmək istəyənlərin özlərinin bu dərsə ehtiyacı var

Yaxud Azərbaycana dərs keçmək istəyənlərin özlərinin bu dərsə ehtiyacı var

Radikal düşərgənin blogger Mehman Hüseynov ətrafında qurduqları oyun demək olar ki, həmişəki kimi iflasa uğradı. Onun guya həbsxanada aclıq aksiyasına başladığı, həbsxanada Mehmana təzyiqlər edildiyi barədə uydurulan fikirlər, irəli sürülən iddialar öz əksini tapmadı. Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətin Mehman Hüseynovun heç bir aclıq aksiyası keçirmədiyi barədə yaydığı rəsmi açıqlamaya şübhə ilə yanaşan radikal siyasi düşərgə, onun öndə gedənləri-Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri bloggerin aclıq aksiyası keçirməsini guya ictimaiyyətdən gizlədildiyi kimi qələmə versələr də, lakin ötən gün bir qrup hüquq müdafiəçisi, qeyri-hpkumət təşkilatları rəhbərlərinin elə həbsxanadaca Mehmanı ziyarət etmələri vətənşüvənlər, "demokratiya", "insan hüquqları", "söz və mətbuat azadlığı" carçılarının planlarını alt-üst etmiş oldu. Məlum olduğu kimi yanvarın 8-də bir qrup hüquq müdafiəçisi və QHT rəhbəri Mehman Hüseynovu ziyarət edərək onun səhhəti ilə maraqlanıb və son günlər onun ətrafında gedən söhbətlərə aydınlıq gətirib. Gəlinən nəticə ondan ibarət olub ki, Mehman Hüseynov heç də radikalların iddia etdiyi kimi aclıq aksiyası keçirməyib. Ən azından bloggerin hüquq müdafiəçiləri ilə çəkdirdiyi şəkildən belə anlaşılır. Əks halda, yəni Mehman Hüseynov həbsxanada aclıq aksiyası keçirsəydi, o kifayət qədər gərgin və arıqlamış halda görünərdi. Görüşdən yayılan fotolar isə bunu tamamilə təkzib edir.

Bəs belə olan halda radikal siyasi düşərgəni bu cür uydurma, yalan dolu məlumatlar dövriyyəyə buraxmasının başlıca səbəbi nədir? Cavab aydındır. Azərbaycanın nüfuzuna, imicinə xələl gətirmək, cəmiyyətdə ajiotaj yaratmaq, ictimai-siyasi sabitliyin pozulmasına yönəlik fəaliyyətlərdə olmaq. 20 ildən artıqdır ki, Azərbaycan müxalifətinin radikal kəsimi bu fəaliyyətlə məşğuldur. Onlara zaman-zaman verilən sifariş, təlimat da ondan ibarətdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdlər edilsin, ən xırda problem və nöqsan kifayət qədər şişirdilsin və xarici, beynəlxalq təşkilatlara tamam başqa formada, rakursda təqdim edilsin. İndi də eyni mənfi tendensiya müşahidə edilir. Xüsusi komanda ilə fəallaşan 5-ci kolonun fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərlıri  öz havadarlarının sifarişini yerinə yetirirlər. Guya Azərbaycanda söz və mətbuat azadlığı pozulur, insan hüquq və azadlıqlarına hörmət edilmir, demokratiyadan əsər-əlamət yoxdur. Bu kimi cəfəng fikirlər, donoslar isə birbaşa beynəlxalq təşkilatlara, xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərə göndərilir. Bir qayda olaraq həmin təşkilat və qurumlar, mərkəzlər isə hazırladıqları illik və rüblük hesabatlarda əsassız yerə Azərbaycanı hədəf alırlar. Azərbaycanın ictimai-siyasi həyatı, buradakı şəraiti dərindən öyrənmədən antiAzərbaycan şəbəkənin daxildəki əlaltılarının hazırladıqları donoslara etibar edir, güvənirlər.

Ancaq mövcud mənzərəyə nəzər yetirsək aydın şəkildə görərik ki, istər bu gün Mehman Hüseynov olayı üzərindən Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatlar və qurumlar. ayrı-ayrı dövlətlər, istərsə də zaman-zaman Azərbaycanda söz və mətbuat azadlığının olmadığını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını iddia edənlərin özlərində qeyd edilən problemlər daha qabarıq şəkildədir. Bu gün söz və mətbuat azadlığından dəm vuran ölkələrin özündə belə bu prinsiplər addımbaşı kobud şəkildə pozulur. Çox da uzağa getməyək. Elə bir neçə həftə əvvəl Fransada, Yunanıstanda baş verən etiraz aksiyalarında onlarla kütləvi informasiya vasitəsi təmsilçisi polis zorakılığının qurbanı oldu, peşə fəaliyyətini həyata keçirən jurnalistlırə qarşı kobud davranışlar edildi. Ancaq nədənsə günümüzdə qeyd edilən məsələlərlə bağlı Azərbaycana dərs keçmək istəyənlər adları çəkilən ölkələrdə, eləcə də zaman-zaman Avropa ölkələrində baş verən oxşar tendensiyaları görmək istəmədirlə.  Maraqlıdır ki, nəyə.görə bu ölkələrdə belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti  BMT nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur. Cavab aydındır. İkili standartlar, Azərbaycanın artan gücü, uğurlarınə həzm etməmək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31