Radikalların Mehman Hüseynovdan şou düzəltmək cəhdi

Və ya Azərbaycana qarşı çirkin kampaniyanın növbəti tərkib hissəsi

Və ya Azərbaycana qarşı çirkin kampaniyanın növbəti tərkib hissəsi

Bir qayda olaraq Azərbaycan hər hansı bir uğura imza atanda, mühüm beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər keçirəndə antiAzərbaycan şəbəkə və onların daxildəki havadarları ölkəmiz əleyhinə fəallaşırlar. 2018-ci ili uğurla başa vurub ilk günlərini yaşadığımız 2019-cu ildə də bu istisna edilmədi. Çünki əvvəlki illərdə olduğu kimi 2018-ci ili də bütün istiqamətlər üzrə uğurlar, müsbət nəticələrlə başa vuran Azərbaycan bir daha düşünülmüş, məqsədyönlü siyasət həyata keçirdiyini, bu siyasət nəticəsində dünyanın aparıcı dövlətləri sırasında qərarlaşdığını sübuta yetirdi. Ən əsası Azərbaycan ötən il də ölkədə ictimai-siyasi sabitliyi qoruyub saxlaya bildi ki, bu da ölkənin inkişafı üçün başlıca faktor, amil rolunu oynayırdı. Elə bu məqam da məhz antiAzərbaycan qüvvələri və onların daxildəki havadarlarını ciddi şəkildə narahat etməkdədir. Çünki onların əsas hədəfi, məqsədi Azərbaycanda siyasi sabitliyi pozmaq, ölkədə xaos. Anarxiya yaratmaq və bununla da öz məqsədlərinə, hakimiyyəti zəbt etmək iddialarına nail olmaqdır. Yaxın tariximizdə baş verən proseslər belə deməyə əsas yaradır. 2003-cü ildən bu günə qədər həmin qüvvələr dəfətlərlə bu kimi vasitələrə əl atıb, hakimiyyəti zəbt etmək niyyətinə düşüblər. Lakin Azərbaycan xalqının həmin qüvvələrə dəstək verməmsi, cəmiyyətin xaos, anarxiya deyil, ictimai-siyasi sabitlik tərəfdarı olması radikalların və onlara maddi dəstək verən Avropadakı bəzi antiAzərbaycan qüvvələrin niyyətini boşa çıxarıb.

Yuxarıda qeyd etdiyimiz kimi antiAzərbaycan şəbəkə yenə öz ampluasında, öz çirkin fəaliyyətindədir. Əli hər şeydən üzülün bu qüvvələr yenidən törətdiyi cinayət əməlinə görə, həbs edilən Mehman Hüseynovdan vasitə kimi istifadə etməkdədir. Məlumat üçün qeyd edək ki, Mehman Hüseynovun cinayət törədərək həbsə düşməsində elə qeyd etdiyimiz qüvvələrin də rolu, fəaliyyəti az olmayıb. Bir qayda olaraq gənclərdən öz məqsədləri üçün istifadə edib onları doğru olmayan yola vadar edən, bununla da həmin gənclərin həbsə düşməsinə baiskarlıq edən radikallar yenə də Mehman Hüseynov kartında yararlanmağa çalışırlar. Söhbət adıçəkilən şəxsin guya həbsxanada aclıq aksiyası keçirməsi barədə dövriyyəyə buraxılan xəbərlərdən gedir. Məlumat üçün qeyd edək ki,   Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb. Ancaq anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır.

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin məlumatına əsasən isə, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.

Burada bir məqama diqqət çəkmək lazımdır ki, antiAzərbaycan şəbəkənin daxildəki üzvləri, daha dəqiq desək radikal siyasi düşərgə Mehman Hüseynovu jurnalist kimi qələmə verərək guya Azərbaycanda söz və mətbuat azadlığının pozulduğunu, mediaya təzyiqlər edildiyini iddia edir. Ancaq hər kəsə bəllidir ki, Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M. Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya "bloqer" olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi.

Bütün bunların fonunda aydın olan mənzərə isə ondan ibarətdir ki, Azərbaycan dövləti beynəlxalq hüquq və prinsiplərə xüsusi həssaslıqla yanaşır, insan hüquq və azadlıqlarının qorunmasını daim prioritet hesab edir. Eyni zamanda Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi hər zaman medianın. Kütləvi informasiya vasitələrinin inkişafına maraqlı görünür, bunu atdığı addımlarla sübut edir. Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirir. Azərbaycan Prezidenti müasir dünyada yalnız haqlı olmağın üstünlüyü ilə kifayətlənməyərək, güclü dövlət quruculuğu, dinamik inkişaf prosesini 2018-ci ildə də uğurla davam etdirdi. Azərbaycan hakimiyyəti dünya siyasətində güc amilinin böyük rol oynadığını aydın görür və bunun region ölkələri, hətta dünya gücləri ilə bərabərhüququlu əməkdaşlığın əsas şərtlərindən biri hesab edir.

Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, destruktiv müxalifət ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışır. 25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər. Bu qrupların gücü meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır, imkan verilərsə, 2003-cü ildə olduğu kimi iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağağa cəhd göstərərlər. Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər.

Bu sabit marginal qruplar vaxtilə hakimiyyətdə olduqları dövrün xiffətini çəkir, artıq siyasi səhnədən getməli olduqlarını qəbul edə bilmir, 90-cı illərin ab-havası ilə yaşayır və bu gerilik artıq psixoloji problem həddinə çatıb.

Özünü "ana müxalifət" kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü Məhsul stadionunun "demokratik prezidenti" kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz.

Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər "xəstə təxəyyülünün məhsulunu" xatırladır və adi boşboğazlıqdan başqa bir şey deyil.

Əslində Azərbaycana qarşı aparılan çirkin kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdu olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoruya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington Post" qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü.

Lakin anti-milli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil.

Elə əksər ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Murad Ağamiyev deyir ki, özünü müxalifət adlandıran söyüş maşınları , əxlaqsız , ədəbsiz, tərbiyəsiz və səviyyəsiz adamlar heç bir xidmətiniz olmadığı halda dövlətə və dövlətçiliyə xidmət edən insanları hədəf alırlar. Onun sözlərinə görə, radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə saxta profil təsis edib, insanların adından saxta informasiya yayırlar: "Tam haqqlı olaraq da adam çıxıb açıqlama verir ki, mənim heç bir sosial şəbəkədə hesabım yoxdur. Məhz bu açıqlamaya görə təhqirlərə məruz qalır.  Əgər həqiqətən də rəsmi məlumatda deyildiyi kimi Mehman heç bir aclıq aksiyası keçirmirsə bəs nə üçün cəmiyyətə aclıq aksiyası adı altında təlqin olunmağa çalışılır? Burda məqsəd nədir? Əgər həqiqəətən də aclıq aksiyası keçirilmirsə və bu şayə saxtadırsa deməli hesablanmış başqa plan ola bilər. Odur ki, əlaqədar qurumlar yaxşı olar ki, Mehmanı xüsusi nəzarətdə saxlasınlar. Onun yeməyinə, içməyinə və səhhətinə xüsusi diqqətlə yanaşmalıdırlar. İntihar edə biləcəyi vasitələrdən tamamilə uzaq saxlamalıdırlar. Görünür bizim fikirlərimiz kimlərinsə planlarını alt-üst edib, onların hesablanmış tədbirlərini ifşa edib. Məhz buna görə də saxta profillər, xaricdən idarə olunan anti-milli səhifələr və hesablarla üstümüzə hücum çəkiblər.  Bu zamana qədər bir nəfər belə YAP üzvü, İqtidar yönümlü təşkilat və qrupların üzvlərinin heç biri heç bir müxalifət lideri , müxalifət palatasının üzvləri və onların ailələri haqqında artıq-əskik söz deməyib. Bu bizim səviyyəmizi, tərbiyyəmizi göstərir, lakin hamı bu müxalifətin və ardıcıllarının nə qədər simasız və əclaf olduğunu gördü.  Hamı hər kəsi özü kimi bilir. Öz gözündə tiri görməyənlər başqasının gözündə tük seçir". Murad Ağamiyev qeyd edib ki, Azərbaycan Demokratik ölkədir. Burda fikir və azadlığı var: "Bu müxalifətin tərbiyəsiz, alçaq üzvləri cənab Prezidenti, onun ailə üzvlərini və tərəfdarlarını hər gün təhqir edirlər, özlərinə yaraşan ifadələr işlədirlər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31