Milli Məclis fevralın 1-də toplanacaq
3 Yanvar 2019 14:18 SiyasətMilli Məclisin 2019-cu ildə keçiriləcək yaz sessiyasının ilk iclasının vaxtı müəyyənləşib. Məlumata görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31