Prezident icra başçısını təltif edib
28 Dekabr 2018 18:05 SiyasətPrezident İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 60 yaşı tamam olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31