"Sosial problemlərin həlli Prezidentin vətəndaşlara qayğısının ifadəsidir”
28 Dekabr 2018 18:50 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və istiqamətdə ardıcıl tədbirlər keçirilir. Bu yaxınlarda qaçqın və məcburi köçkünlərə üçün nəzərdə tutulan yaşayış kompleksinin açılması, şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik yardımın verilməsi, eləcə də aztəminatlı ailələr üçün bayramla əlaqədar nəzərdə tutulan birdəfəlik maliyyə yardımı və digərlərini buna bariz nümunədir". Bu fikirləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə atılan addımların hər bir dövlət başçısının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir.
O bildirib ki, Azərbaycan Prezidenti növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk fərmanı vətəndaşların sosial müdafiəsi ilə bağlı olub.
Dekabrın 27-də Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış binaları və kompleksinin açılışını xüsusi qeyd edən M. Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfindən daim qaçqın və məcburi köçkünlərə qayğı və diqqətin nəticəsi olaraq bu kompleksdən 1005 köçkün ailəsi yararlanacaq.
Deputat qeyd edib ki, sözügedən yaşayış kompleksində məcburi köçkünlər üçün təkcə yaşayış binası deyil, eləcə də onların digər sosial problemlərinin həlli istiqamətində məktəb, uşaq bağçası və lazımi infrastruktur obyektləri inşa edilib: "Bütün bunlar Prezidentin Azərbaycan vətəndaşlarına, ölkəmizdə bu kateqoriyadan olan insanlara qayğısının ifadəsidir".
SİA