Azərbaycanda 6 min manat maaş alan həkimlər var
28 Dekabr 2018 15:37 Siyasətİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib."Olaylar"ın məlumatına görə, Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib. Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub: "Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb".Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub. Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.