Daha 2 hakim vəzifəsindən azad olunur
27 Dekabr 2018 14:16 SiyasətNaxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.
"Olaylar"ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə qeyd edilib. Sənəddə göstərilib ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31