Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.

Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.

V.Zeylanovun imzaladığı digər əmrlə icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədovatəyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31