Tovuzda “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrılıb
26 Dekabr 2018 18:07 SiyasətPrezident İlham Əliyev Tovuz rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Sərəncamla Tovuz rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31