Müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı verilmiş sifarişlər yerinə yetirilib

Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə dair müşavirə keçirilib.

Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə dair müşavirə keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2018-ci il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Bildirilib ki, 2018-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı verilmiş sifarişlər yüz faiz yerinə yetirilib və respublikanın güc strukturlarına təhvil verilib. Eləcə də, 2017-ci ildən qalan sifarişlərin icrası tam təmin olunub. Müşavirədə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı ilə bağlı 2019-cu ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31