"Azərbaycan hər bir sahədə inkişafdadır"

"Ümumiyyətlə bizim xalqımızın xoşbəxtliyidir ki, Ümummilli Lider Heydər Əliyev özündən sonra bu cür gözəl, bacarıqlı həm siyasi, həm də öz xalqını sevən bir rəhbəri bizim üçün yaratdı. Hesab edirəm ki, Ulu Öndərimiz necəki bu Azərbaycanı yaratmışdısa, inkişaf etdirmişdisə bax həmin o inkişafı cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir". Bunu  Milli Məclisinin deputatı, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib.

Deputatın sözlərinə görə, bu gün dünyada gərgin proseslər gedir: "Amma buna baxmayaraq möhtərəm Prezidentimiz bizi bu çətinlikdən kənar saxlayıb. Çünki bizim ölkəmizin rəhbəri çox düzgün hesablanmış bir xarici siyasət aparır. Həmin xarici siyasətə görə biz bir çox ölkələrdən irəlidəyik. Bizim bugünkü inkişafımızın əsası da məhz düzgün xarici siyasətdir. Bu xarici siyasətimizin nəticəsidir ki, biz heç bir qarmaqarışıqlıda iştirak etmirik. Biz ancaq öz siyasətimizi davam etdiririk. Məzh bunun nəticəsidir ki, Azərbaycan hər bir sahədə (siyasi, sənaye, iqtisadi, mədəni) inkişafdadır. Dünyada baş verən bir çox xoşagəlməz hadisələr bizdən yan ötür. Milli Olimpiya Komitəsinin Prezidenti kimi mən cənab İlham Əliyevə Olimpiya sağlamlığı arzulayıram. Nə qədər Azərbaycan varsa, möhtərəm Prezidentimiz də var. Bu idarəçilik Azərbaycanın çox davamlı olmasını göstərəcək. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq". Görün Ulu Öndərimiz nə qədər uzaqgörən bir şəxsiyyət idi. Sözün həqiqi mənasında Azərbaycan dünyaya günəş kimi yanır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31