"Bunların hamısı Prezidentimizin apardığı siyasətin nəticəsidir”

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 illik fəaliyyətinə nəzər saldıqda görürük ki, Azərbaycanın son 15 ildəki bütün uğurları cənab Prezidentin apardığı siyasətlə bağlıdır". Bunu millət vəkili Mahir Abbaszadə deyib.

Deputatın sözlərinə görə, istər bu gün Azərbaycanın dünyanın ən böyük xablarından birinə çevrilməsi, dünyanın ən böyük neft kəmərlərinin Azərbaycandan keçməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, istərsə də dünyanın ən böyük tədbirlərinin Azərbaycanda keçirilməsi cənab Prezidentin apardığı siyasətin nəticəsində nail olunub: "Eyni zamanda son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi Azərbaycanda aparılan islahatların mərkəzində Azərbaycan xalqı, Azərbaycan xalqının maddi-rifah halının yaxşılaşdırılması durur. Bu nöqteyi-nəzərdən cənab Prezidentin apardığı siyasət göz önündədir. Əgər hər bir azərbaycanlı öz yaşayış həyatında, işində, gündəlik həyatında sabitliyi, inkişafı, ailə vəziyyətinin yüksəlişini, maddi imkanlarının artmasını görürsə, deməli bütün bunların hamısı dövlət başçısının apardığı siyasətin nəticəsidir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31