"Dünyada liderliyin İlham Əliyev modeli geniş müzakirə olunur"

"Prezident İlham Əliyev dünya siyasətçiləri, liderləri arasında bəzi xüsusiyyətlərinə görə fərqlənir, seçilir. Biz bəzən Prezidenti güclü, dahi, peşəkar adlandırırıq. Ancaq niyə belə qənaətə gəldiyimizi açıqlamırıq, detallara getmirik. Dünyada baş verən geosiyasi proseslər zəif lideri olan dövlətləri xaosa aparır, dağıdır, məhvə sürükləyir. Son 10 ildə dünya xəritəsi kifayət qədər dəyişdi, böyük güclərin ədalətsiz qərarlarına qurban getdi. Ancaq Azərbaycan nəinki ayaqda qaldı, hətta bir neçə dəfə iqtisadi qüdrətini yenilədi, artırdı, daha üst pilləyə çatdırdı". Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu, sözün əsl mənasında siyasətin tram peşəkar forması idi: "Dünyada liderliyin İlham Əliyev modeli geniş müzakirə olunur. Onun fəaliyyətinin ən mühüm hissəsini isə gənclər siyasəti təşkil edir. Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər strategiyası bu gün dünya tələblərinə uyğun davam etdirilir. Təkcə son bir ildə Prezidentin verdiyi sərəncam, tapşırıqlar, qəbul etdiyi qərarlar sözün tam mənasında ölkəmizi sağlam gələcəyə daşıyır. Prezident Administrasiyasında Yusuf Məmmədəliyevin rəhbəri olduğu Gənclər şöbəsinin yaradılması, Gənclər Fondunun tam yeni, genişləndirilmiş formada fəaliyyətə başlaması buna əyani nümunədir. Mən də öz növbədə Gənclər Təşkilatının rəhbəri, internet-media ekspert olaraq cənab Prezidenti təbrik edir, şərəfli işində yeni-yeni uğurlar arzu edirəm".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31