"Bunların hamısı cənab İlham Əliyevin xidmətləri sayəsində olub"

"İlk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və işlərində uğurlar arzulayıram. Mən Prezidentin gördüyü işləri iki prizmadan izah edəcəm. Birinci, cənab Prezidentimiz İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi varisidir. Amma məsələ burasındadır ki, bizim hamımız üçün bir ölçü vahidi Ulu Öndərdir. Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycan dövlətini qoruyub saxladı". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ümummilli Lider bir növ Azərbaycan dövlətinin konstruksiyasını qurdu: "Bu dövlətin nə qədər xarakteri varsa, yəni nə qədər ölkəmiz gözəl görünürsə bunun hamısı cənab İlham Əliyevin xidmətləri sayəsində olub. Bu birmənalıdır. Yəni ümumi konstruksiyadan sonra qalan bütün işləri dövlət başçımız həyata keçirdi. Bu gün Azərbaycan dövlətinin xarici aləmdə, beynəlxalq aləmdə nə xarakteri, keyfiyyəti və hansı adəti, vərdişi qəbul olunursa hamısının xidmətçisi cənab İlham Əliyevdir. İkincisi isə xaricdən olan hücumlardır. Yəni xaricdən olan hücumların yeganə səbəbi bir səbəbi var ki, Azərbaycan zəif dövlət deyil. Əgər Azərbaycan zəif dövlət olsaydı, ABŞ-da, Avropada, eləcə də bizim qonşu dövlətlərdə müəyyən qrup adamlar Azərbaycan dövlətçiliyini və cənab Prezidentin siyasətini tənqid etməzdi. İlham Əliyevi tənqid edənlərin heç də hamısı ermənipərəstlər deyil.

Yəni ölkə başçısının gördüyü işlərdir ki, o cür güclü qüvvələr də özünün tənqidçisinə çevrilib. Çünki cənab Prezidentin apardığı işlər qərbdə olan müəyyən dairələri, hətta bizim regionda da olan dairələrin Cənubi Qafqaz regionu ilə bağlı planlarını alt-üst etdi. Yəni onlar Cənubi Qafqaz üçün tam ayrı bir ssenari hazırlamışdılar. Amma ölkə başçısı elə bir iş gördü ki, region iqtisadiyyatının 75-80 faizi tək Azərbaycandadır. Yəni hədsiz böyük fərq var. Azərbaycanla qalan Cənubi Qafqaz dövlətləri arasında çox böyük fərq var. Məhz bu siyasət dövlətimizin gücü, qüdrətini göstərir. Bu gün Azərbaycn artıq təkcə Cənubi Qafqaz yox, ümumilikdə Qafqaz miqyasında təhlükəsizlik ixracatçısına çevrilib. Hətta bu gün ölkəmizin təhlükəsizlik ixracatçısı olması yeri gəlsə Xəzərin də şərq sahillərində işə yarayır".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31