“Ulu Öndər həmişə təhsilə çox böyük diqqət yetirib"
“Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı və qurucusudur”. Bunu Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
12 Dekabr 2018 16:35 Siyasət"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı və qurucusudur". Bunu Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavinin sözlərinə görə, bu gün Azərbaycanın sürətli inkişafı məhz Ulu Öndərin qoyduğu təməlin üzərinə qurulub: "Məhz Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik Azərbaycanın iqtisadi bünövrəsi çox möhkəm təməllər üzərində qurulub. Bu imkan verib ki, bu gün Azərbaycan sürətlə inkişaf etsin. Azərbaycanda gedən quruculuq işləri, ölkə Prezidentinin apardığı siyasət məhz Heydər Əliyevin uzaqgörən siyasətinə uyğun şəkildə aparılır. Təbii ki, bu öz gözəl nəticələrini verir.
Ümummilli Lider həmişə təhsilə çox böyük diqqət yetirib. Hələ Sovetlər dövründə Ulu Öndər bizim gənclərimizi ən nüfuzlu Ali məktəblərə göndərib. Bu gün də o insanlar ölkəmizin aparıcı mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edirlər. Bu gün bu siyasət uğurla davam etdirilir və bizim gənclərimiz xaricdə də dövlət hesabına təhsil alırlar. Bu gün onlar həm dövlət, həm də özəl sektorda uğurla çalışırlar. Bu gün bizim Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının təşkilatı 6 nəfəri Partiyaya üzv qəbul edib. Bu gənclər də Heydər Əliyevin qoyduğu yolla fəaliyyət göstərməyə, yaşamağa söz verdilər. Nə qədər ağır olsa da biz Ümummilli Liderimizdən 15 ildir ki, ayrılmışıq. Amma bu gün biz fərəh hissi ilə qeyd edə bilərik ki, bizim bu səviyyədə dahi Ulu Öndərimiz var. Biz onun yolunu davam etdirməliyik və Azərbaycanın inkişafını təmin etməliyik".
SİA