Heydər Əliyevin irsinə dair 1000-dən çox sənəd mühafizə olunur
Ulu öndərin milli örnək hesab olunan irsinin geniş oxucu kütləsi arasında təbliği işində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) da xidmətləri var.
12 Dekabr 2018 14:43 SiyasətUlu öndərin milli örnək hesab olunan irsinin geniş oxucu kütləsi arasında təbliği işində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) da xidmətləri var.
Olaylar.az xəbər verir ki, MEK-də Heydər Əliyevin irsinə dair ümumilikdə 1000-dən çox sənəd mühafizə olunur və oxucuların istifadəsinə verilib. Bunlardan 954 sənəd MEK-in müasir formatlı e-kataloquna, 450 adda sənəd isə MEK-in rəqəmsal bazasına daxil edilib.
Kitabxananın Sərgi salonu və Akademiklər zalında görkəmli siyasi xadim Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən, eləcə də özünün müəllifi olduğu sənədlər daimi güşələrdə təqdim olunur. Sərgilər Heydər Əliyevin anadan olmasını 95 illiyi münasibəti ilə yeni daxil olan kitablarla zənginləşdirilib.
MEK-də ümummilli lider Heydər Əliyevin anım günü və anadan olması münasibətilə məlumatlandırıcı və informasiya bələdçisi xarakterli tədbirlər həyata keçirir.
MEK-in tərkibində fəaliyyət göstərən Sərbəst elektron resurlarla iş bölməsi Vikipediya onlayn bazasına "91-lər" adlı məqalə yerləşdirib. Məqalə 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün açıq və fəal mübarizəyə səsləyən müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqındadır.