"Psixoloji yardım haqqında" qanun qəbul edildi

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi üçüncü - yekun oxunuşda müzakirə edilib. "Olaylar"ın məlumatına görə, iclasda bildirilib ki, layihə 6 fəsil, 22 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31